"Xarici dillər" aylığı çərçivəsində ingilis dili fənnindən bir neçə müəllim tərəfindən nümunəvi dərslər təşkil olunub
"Xarici dillər" aylığı çərçivəsində ingilis dili fənnindən bir neçə müəllim tərəfindən nümunəvi dərslər təşkil olunub. Keçirilmiş dərslər şagirdlərin dil bacarıqlarının inkişafına, mövzu ilə bağlı fəal iştirakına və müzakirələr yolu ilə öyrənməsinə şərait yaratmağa xidmət edir. Dekabrın 12-də Aygül İbrahimzadə 5a sinfində “Home on Water” mövzusunda maraqlı və əyləncəli bir dərs keçib. Dekabrın 24-də Güney Cəfərova 8a sinfində “Grammar A: Quantifiers” mövzusunu əhatə edən, qrammatik qaydaların praktiki istifadəsini vurğulayan dərs təşkil edib. Dekabrın 25-də Sevda Quliyevanın 8a sinfində “Grammar B: Both, Either, Neither” mövzusunda keçdiyi dərs şagirdlərin müqayisə və seçimlə bağlı ifadə qabiliyyətlərinin inkişafına həsr olunub. Dekabrın 26-da isə Xumar Nadirova 7a sinfində “Listening: A Conversation about a Talented Azerbaijani Artist” mövzusunda dinləmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş dərs təşkil edib. Dərslər müasir elektron-interaktiv təlim metodlarına əsaslanaraq keçirilib. Şagirdlər fəallıq göstərib, mövzu ilə bağlı müzakirələr aparıb və yeni biliklər əldə ediblər. Müxtəlif vizual və audio materiallardan, o cümlədən videoçarxlardan istifadə olunması dərsləri daha dinamik və maraqlı edib.