Beynəlxalq Kosmik Olimpiada ilə bağlı brifinq

Oktyabrın 28-də "Beynəlxalq kosmik olimpiada"nın iştirakçısı olan məktəblilər üçün onlayn formatda brifinq keçirilib. Brifinqdə Beynəlxalq Kosmik Olimpiadanın Beynəlxalq Komitəsinin, o cümlədən Milli Komitəsinin nümayəndələri, məktəblilər və fasilitator müəllimlər iştirak ediblər. Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunacaq “Beynəlxalq kosmik olimpiada"da hər komandada 20 məktəbli olmaqla 30 komanda iştirak edir. Müsabiqənin məqsədi məktəblilərin kosmik elm və texnologiyaya marağını və məlumatlılığını artırmaq, kosmik yaradıcılığı inkişaf etdirməkdir. Milli mərhələ 2024-2025-ci tədris ilini əhatə edəcək. İnteraktiv metoda əsaslanan olimpiada mərhələlərini keçən məktəblilər 7 ay müddətində “Kosmik stansiyalar-innovasiyalar və biznes həlləri” mövzusu istiqamətində problemlərin orijinal həllərini tapmaqla təcrübə qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi