,,Onluqların çıxılması '' mövzusunda nümunəvi dərsi dinlənilib
,,İbtidai siniflər '' aylığı çərçivəsində oktyabrın 28 -də məktəb-liseyin 2c sinfində Qənirə Şahbazovanın riyaziyyat fənnindən ,,Onluqların çıxılması '' mövzusunda nümunəvi dərsi dinlənilib. Nümunəvi dərsdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Lamiə Məmmədova, ibtidai sinif müəllimləri Aidə Kamilova və Çinarə Nəbiyeva iştirak ediblər. Dərsin cəlbetmə mərhələsi məsələ vasitəsi ilə təşkil edilib.Nəyin məlum olduğu və nəyi tapmaq lazım olduğu müzakirə olunub.Şagirdlərin cavablarından sonra düzgün cavab nümayiş olunub. Yeni materialın öyrənilməsi üçün tapşırıqlar ekranda göstərilib.Təkliklərinin sayı sıfıra bərabər olan ikirəqəmli ədədlərin fərqinin onların onluqlarının fərqinə bərabər olması haqqında nəticə çıxarılıb. Öyrənilmiş materialın möhkəmləndirilməsi üçün dərslikdəki tapşırıqlar yerinə yetirilib. Refleksiya mərhələsində sual-cavabdan istifadə edərək şagirdlərin mövzunu hansı səviyyədə mənimsəməsi müəyyənləşdirilib.