Nailiyyətlərimiz

İdmançı şagirdlərimizin uğuru Oktyabr ayında məktəbin bir qrup şagirdi 237 nömrəli tam orta məktəbdə  fəaliyyət göstərən Alpman Taekvondo ( məşqçi-müəllimi, Beynəlxalq III dan qara kəmər sahibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, Azərbaycan Taekvondo Federasiyasının rəsmi məşqçi-müəllimi və milli dərəcəli hakimi Elmir Mahmudov) klubunun təşkilatçılığı ilə keçirilən dərəcə (kəmər) imtahanından müvəffəqiyyətlə keçiblər. II sinif şagirdi Cəfərov Yusif, VII sinif şagirdi Əlizadə İnci  sarı kəmərə və Sertifikata, V sinif şagirdi Qulubəyova Bətul sarı kəmərə, kubok və Setifikata layiq görülüblər. Şagirdlərimizi bu uğur münasibətilə təbrik edir, gələcək imtahanlarda müvəffəqiyyətlər diləyirik.

Şagirdlərimizin növbəti nailiyyətləriIX “A” sinif şagirdi Pirimova Xədicə İlqar qızı müxtəlif müsabiqələrdə iştirak edərək nailiyyətlər əldə etmişdir. “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisində iştirak etdiyinə görə, “İçindəki uşağı tamamla” sərgisində fərqləndiyinə görə, “Düşün və yarat” yaradıcılıq müsabiqəsinin yekun sərgisində iştirakına və digər müsabiqələrdə fəal iştirak etdiyinə görə müxtəlif Diplom, Fəxri Fərman və Sertifikatlarla təltif olunmuşdur.

Şagirdlərimizin növbəti nailiyyətləriMəktəbin I “C” sinif şagirdi Mirzəyeva Zəhra Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Təlimə Dəstək mərkəzinin və “Innovative Learning Network”in birgə təşkilatçılığı ilə keçirilmiş beynəlxalq “Be Healthy Be Happy” layihəsi üzrə uğur qazanıb. Layihənin məqsədi şagirdlərdə layihə əsaslı öyrənmə bacarıqlarını, fənn inteqrasiyasını göstərərək sağlam qidalanma bacarıqlarını inkişaf etdirmək və ölkələrin milli mətbəx mədəniyyətini hədəf auditoriyanın ehtiyaclarına uyğun dizayn etmək və təqdim etməkdir. Layihə 20.12.2012-20.03.2023 tarixləri arasında dünyanın 8-18 yaşlı məktəbliləri arasında keçirilib.  20 yarımfinalçının seçimi platformada baxış sayının aktivliyinə görə ekspertlər tərəfindən, 3 finalçının seçimi isə layihə üçün əvvəlcədən təqdim olunan uğur meyarları əsasında ekspertlər tərəfindən həyata keçirilib. Ümumilikdə müxtəlif ölkələr üzrə 501 şagird arasından 80 şagirdin təqdimatı seçilərək qiymətləndirilmiş və 20 şagird yarım finala yüksəlmişdir. Mirzəyeva Zəhra isə 15-ci yeri tutub.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Məmmədli Muard Ənvər

Qurbanov Elmar Gülbala

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi