Nailiyyətlərimiz

“Mənim Bayrağım”Noyabr 2016-ci il tarixində Xəzər rayon Gənclər və İdman İdarəsinin 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” adlı müsabiqənin rayon mərhələsi keçirildi.Tədbirdə Xəzər rayonunun bütün ümumtəhsil məktəbləri iştirak edirdi.Tədbir 237 saylı tam orta məktəbdə təşkil olunmuşdu və inşa,rəsm və şeir nominasiyaları üzrə müsabiqədə 50 şagird iştirak edirdi.Tədbirin münsiflər heyyəti iştirakçılar haqqında fikirlərini bildirdilər və nominasiyalar üzrə qaliblər elan olundu. Qeyd edek ki,237 saylı tam orta məktəbi iki nominasiya üzrə müsabiqədə iştirak edirdi.İnşa nominasiyası üzrə məktəbimizin şagirdi Babayev Ramil İlqar oğlu fərqlənmə diplomu ilə,şeir nominasiyası üzrə Quliyeva Ləman İbrahim qızı birinci dərəcəli diplom ilə təltif olundu.

“Bir kəndin əhvalatı”Fevral 2016-cı il tarixində Xocalı qətliamı ilə əlaqədar Xəzər rayon İdman Gənclər idarəsinin təşkil etdiyi rəsm və inşa müsaiqəsində şagirdlərimiz iştirak etmiş və IXB sinif şagirdi Muxtarova Ülviyyənin çəkdiyi rəsm əsəri müsabiqədə II yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Onun çəkdiyi rəsm əsəri müsabiqənin şəhər turuna göndərilmişdir. Muxtarova Ülviyyənin rəsm əsəri şəhər turunda bəyənilmiş, fərqlənmə diplomu və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Məktəbimizin şagirdinin fərdi sərgisi2016-ci ilin mart ayında məktəbimizin XA sinif şagirdi Mirmöhsümzadə Aliyənin İçərişəhər rəsm qaleriyasında fərdi sərgisi təşkil olundu.Sərgidə respublikamızın tanınmış rəssamları və xarici qonaqlar iştirak edirdi.Sərginin gedişatı Azərbaycan televizisiyası tərəfindən işıqlandırılmışdır.Sərgidə Aliyəyə, iştirak edib və I yer tutduğu haqqında Beynəlxalq sertifikat təqdim olundu.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

İbrahimova Cəmilə İntiqam

Abbasova Günel Bəbir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi