Nailiyyətlərimiz

Avropa Keyfiyyət Nişanına layiq görülübYanvar ayının 18-də məktəbin ibtidai sinif müəllimi Rəsulova Lamiyə rəhbərlik etdiyi II “C” sinif şagirdləri ilə birgə E- Twining platformasında Turkiyə, Azərbaycan, Rumıniya, Polşa, İtaliya, Xorvatiya kimi dövlətlərin qatıldığı "Values in my heart" - "Qəllbimdəki dəyərlər" adlı layihədə iştirak edərək Avropa Keyfiyyət Nişanına layiq görülüb. Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi şagirdlərdə mənəvi dəyərlər, onlara əməl etmək, böyüklərə ehtiram, hörmət, xeyirxahlıq, vətənpərvərlik, dini dəyərlərə hörmət, məktəbdəki davranış qaydaları, ictimai yerlərdə özünü aparmaq mədəniyyəti, nəzakətlilik kimi keyfiyyətlərin formalşdırılması və möhkəmləndirilməsindən ibarət olub.

Milli Mükafata layiq görülübDekabr ayının 28-də məktəbin XI sinif şagirdi Hüseynzadə Almaz Bakı Gənclər Mərkəzinin keçirdiyi rəsm müsabiqəsində iştirak edərək Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Uğurlarımızla 2024-ə” Milli Mükafatına layiq görülüb. Şagirdimiz Diplom və Kubokla təltif edilib.

“Ən yaxşı II natiq” adına layıq görülərək gümüş medalla təltif edilibDekabr ayının 23-də məktəbin X sinif şagirdi İslamova Əminə Gənclər və İdman Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Məktəblilər üçün Debat Forum” layihəsində iştirak edərək “Ən yaxşı II natiq” adına layiq görülərək gümüş medal və Sertifikatla təltif edilib. Bu münasibətlə İ. Əminəni məktəb rəhbərliyi və şagirdlər təbrik edib, gələcək müsabiqələrdə uğurlar arzulayıblar.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Abdullayeva Ofelya Cavanşir

Məmmədli Muard Ənvər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi