Nailiyyətlərimiz

"Mega Open" Beynəlxalq reytinqli Şahmat turnirində II yerin sahibi olubMəktəbin X sinif şagirdi Gülümov Müthət 18-22 aprel tarixlərində "Premier" Şahmat məktəbinin keçirdiyi "Mega Open" Beynəlxalq reytinqli Şahmat turnirində iştirak edərək II yerə layiq görülüb. Şagirdimiz medal və kubokla mükafatlandırılıb. Bu münasibətlə məktəbin direktoru Abbasova Zümrüd onu təbrik edərək, gələcək yarışlarda ona müvəffəqiyyətlər arzulayıb.

Açıq Respublika Turnirinin qalibi olub    Məktəbin X sinif şagirdi Zeynalov Məhəmməd Azərbaycan Vale-Tudo İdman klubu ictimai birliyinin təşkil etdiyi “Açıq Respublika Turniri”ndə 16-17 yaş qrupu üzrə, 63 kq. çəki dərəcəsində MMA idman növü üzrə I yerə, Qrepling idman növü üzrə Respublika çempionatında isə II yerə layiq görülərək Diplom və medalla təltif edilib.

Sərbəst güləş üzrə Respublika birinciliyinin qalibi olubMart ayının 1-də məktəbin IX sinif şagirdi Xalıqov Rail “Təhsil” Respublika İdman Mərkəzinin 2009-2010-cu il təvəllüdlü oğlanlar arasında keçirilən sərbəst güləş üzrə Respublika birinciliyində 68 kq. çəki dərəcəsində I yeri tutduğuna görə Diplom və medalla təltif edilib.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Əliyeva Sevinc Sabir

Quluzadə Şahin Mədət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi