Nailiyyətlərimiz

Stolüstü tennis yarışının qalibi olubNoyabr ayının 6-da Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Xəzər rayon ATİAHİ-nin təşkilatçılığı ilə 156 nömrəli tam orta məktəbdə Xəzər rayonu təhsil işçiləri arasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş Stolüstü tennis yarışı keçirilib. Bu yarışda məktəbimizin fiziki tərbiyə müəllimi, güləş idman növü üzrə gənclər arasında Avropa Çempionatının qızıl, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalının sahibi Səbirə Əliyeva I yerə layiq görülərək Diplom və medalla təltif edilib.

Azadın növbəti uğuruOktyabr ayında məktəbin I “A” sinif şagirdi Ramazanov Azad “Su İdmanı sarayı birinciliyi”ndə iştirak edərək birinci yerin sahibi olub. Balaca idmançımız Diplom və medalla təltif edilib.

Qardaşların uğuru  Oktyabr ayında məktəbin bir qrup şagirdi 237 nömrəli tam orta məktəbdə  fəaliyyət göstərən Alpman Taekvondo ( məşqçi-müəllimi, Beynəlxalq III dan qara kəmər sahibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, Azərbaycan Taekvondo Federasiyasının rəsmi məşqçi-müəllimi və milli dərəcəli hakimi Elmir Mahmudov) klubunun təşkilatçılığı ilə keçirilən dərəcə (kəmər) imtahanından müvəffəqiyyətlə keçiblər. Belə ki, VII və VIII sinif şagirdləri  Məmmədyarov Rəşad və Oktay qardaşları ağ-sarı kəmərə və Sertifikata ayiq görülüblər. Şagirdlərimizi bu uğur münasibətilə təbrik edir, gələcək imtahanlarda müvəffəqiyyətlər diləyirik.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

İbrahimova Cəmilə İntiqam

Əliyeva Nüşabə Elşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi