Nailiyyətlərimiz

Şagirdlərimizin növbəti uğuruFevral ayının 18-də “Xocalı” İdman Klubu tərəfindən Kikboksinq idman növü üzrə təşkil edilmiş “VI Xocalı Kuboku” yarışında məktəbin II sinif şagirdləri Namazlı Əhmədcan və Əbilov Hüseyn iştirak edərək I yerə layiq görülüblər. Balaca idmançılar medal, kubok və Diplomla təltif ediliblər. Qalibləri məktəb kollektivi adından təbrik edir və onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayırıq.

“Kolibri” V Beynəlxalq pianoçular müsabiqəsinin iştirakçısı olubFevral ayının 1-də məktəbin IX sinif şagirdi İbrahimli Aişə “Kolibri” V Beynəlxalq pianoçular müsabiqəsində “Fortepiano-solo” nominasiyası üzrə iştirak edib. O, I dərəcəli laureat adına layiq görülərək Diplomla mükafatlandırılıb.

Şagirdlərimizin ilk uğuruYanvar ayının 20-də məktəbin bir qrup şagirdi 20 Yanvar faciәsinin otuz dördüncü ildönümünə həsr edilmiş “Cəsur” Taekvondo Klubunun təşkilatçılığı ilə uşaq -yeniyetmə və gənclər arasında klublararası yoldaşlıq döyüşlərində iştirak edərək medal və Sertifikatla mükafatlandırılıblar. Belə ki, məktəbin VII sinif şagirdi Məmmədyarov Rəşad II yerə, VI sinif şagirdi Həşimov Muradxan, VII sinif şagirdi Əlizadə İnci və VIII sinif şagirdi Məmmədyarov Oktay III yerə layiq görülüblər.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Qasımova Aybəniz Akif

Qasımova Nigar Rahib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi