Nailiyyətlərimiz

Şagirdlərimizin növbəti nailiyyətləriMəktəbin şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqələrdə daim aktiv iştirak edir və müxtəlif nailiyyətlər əldə edirlər. Belə müsabiqələrdən biri də Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə VIII-XI sinif şagirdləri arasında “Qarabağı tanıt” mövzusunda keçirilən təqdimat müsabiqəsi olub. Oktyabr ayında məktəb mərhələsinin qalibi olan IX “A” sinif şagirdi Fərzəliyeva Nərmin, noyabr ayında həmin müsabiqənin şəhər mərhələsində iştirak etmiş və Təşəkkürnamə ilə təltif olunmuşdur. Bundan əlavə noyabr ayında keçirilən “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının birinci mərhələsindən uğurla keçən X sinif şagirdləri Aslanlı Nərmin, Bağızadə Hökümə şəhər mərhələsində iştirak etdiyinə görə, Novruzov Əliəkbər isə fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuşdur. Həmçinin şagirdlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi “Kenqru” Beynəlxalq Riyaziyyat müsabiqəsində fəal iştirak ediblər. Belə ki, riyaziyyat müəllimi Nargilə Kərimovanın başçılığı ilə məktəbin IX “A” sinif şagirdi Mehrac Kərimov, VI sinif şagirdləri Nihad Hüseynli, İmran Rzayev və Qulubəyova Fatimə həmin müsabiqəyə qatılmış və sertifikatla təltif olunmuşlar.

Şagirdlərimizin növbəti nailiyyətləriAprel ayında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda keçirilən elmi-praktik konfransın rayon mərhələsi keçirilmişdir. Bu mərhələdə məktəbimizi X "C" sinif şagirdi Güləliyev Elgün təmsil etmişdir. Onun yazdığı "Vətən müharibəsində beynəlxalq media faktoru - Zəka və səbrin qələbəsi" adlı referat qalib gəlmiş və şəhər mərhələsi üçün iştirak hüququ qazanmışdır. Elgünün yazdığı referat Bakı şəhəri üzrə keçirilən yarışda da qaliblər sırasına düşərək "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda dərc olunmuş kitaba daxil edilmişdir. Dekabr ayının 16-da baş tutan kitabın təqdimat mərasimində öz elmi rəhbəri ilə birlikdə iştirak etmiş, sertifikat və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Şagirdimizi təbrik edir, işlərində uğur arzulayırıq!

TƏLƏBƏ ADINI QAZANIBAbbasova Günel Bəbir qızı I ci ixtisas qrupu üzrə 626 balla Azərbaycan Neft Akademiyasının kimya mühəndisliyi fakultəsinə daxil olub.

HAQQIMIZDA

 

Bakı şəhəri  Xəzər rayonunun Ş&uum...

BİZİM FƏXRLƏRİMİZ

Qasımbəyova Nərgiz İlqar

Əliyeva Sevinc Sabir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi