"Gənc bioloqların rayondaxili mərhələsi keçirilib"
24.05.2019-cu il tarixində müsabiqənin rayondaxili mərhələsi keçirilib. Gənc bioloqların yaradıcılıq müsabiqəsində hər komanda 3 nəfərdən (1 nəfər IX sinif, 1 nəfər X sinif, 1 nəfər XI sinif) ibarət olub. Komandalar 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, 1 təcrübə işini yerinə yetirməli idilər.