Nailiyyətlərimiz

"İngiltərə riyaziyyat olimpiadası"nda yüksək nəticəMəktəbin İbtidai sinif müəllimi Elnarə Salayeva və şagirdi Yusifli Musa 17 dekabr 2023-cü il tarixdə keçirilən "İngiltərə riyaziyyat olimpiadası"nda yüksək nəticə əldə ediblər.Birincilik "Beyin Olimpiadası" Mərkəzi tərəfindən keçirilib.Şagirdimiz və müəllimi mümkün 100 baldan 80 bal toplayaraq 1-ci yerə layiq görülüblər.Qalib Şagirdimizi təbrik edir, şagirdimizi yetişdirən dəyərli qalib müəllimə sonsuz təşəkkür edirik.

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə intellektual yariş keçirilib21 dekabr 2023-cü il tarixdə Pirallahı rayon Gənclər Mərkəzində Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə məktəblilər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, müəllimlər və şagirdlər iştirak etmişlər. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev komandalara uğurlar arzu edərək bildirmişdilər ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşdırılması, habelə vətənə məhəbbət hissinin və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tərbiyə olunmasından ibarətdir. İntellektual yarışın nəticələrinə görə 235 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüblər. Komandalar diplom, medal və hədiyyələrlə təltif olunmuşdur.

Pirallahı rayon məktəbliləri arasında mini-futbol turniri keçirilib25 noyabr 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon məktəblilərindən ibarət komandalar arasında mini-futbol turniri keçirilmişdir. Turnirdə rayonun 5 məktəb komandası iştirak etmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə, 235 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. İkinci yerə 168, üçüncü pilləyə isə 243 nömrəli tam orta məktəblərin komandaları layiq görülüblər. Qaliblər kubok, diplom və medallarla təltif ediliblər. Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin idmana marağını artırmaq, idman növlərini məktəblilər arasında təbliğ etmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.

HAQQIMIZDA

  Məktəb 1953-cü ildən fəaliyyət göstərir. 235 nömrəli tam orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin a...

BİZİM FƏXRLƏRİMİZ

Musa Yusifli Əli

Tofiq Babayev Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi