"Divar qəzeti hazırlamaq" mövzusunda yaradıcı dərs
1 noyabr 2024-cü il tarixində məktəbin illik fəaliyyət planına uyğun olaraq ibtidai siniflər üzrə Ana dili fənn aylığı çərçivəsində Elnarə Əhmədzadə tərəfindən 4b sinif şagirdləri ilə "Divar qəzeti hazırlamaq" mövzusunda yaradıcı dərs keçirildi. Dərs zamanı şagirdlərə divar qəzetinin hazırlanma prosesləri – mövzuya uyğun məlumatların toplanması və estetik tərtibat qaydaları öyrədildi.
Bu dərs, şagirdlərin dil bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların yaradıcılıq qabiliyyətlərini də ön plana çıxardı.