Azərbaycan dili və ədəbiyyat fənn aylığına start verilib
1 noyabr 2024-cü il tarixində məktəbin illik fəaliyyət planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat fənn aylığına start verildi. Bu aylıq çərçivəsində şagirdlərin dil və ədəbiyyat biliklərini artırmaq, oxu və yazı bacarıqlarını inkişaf etdirmək məqsədilə müxtəlif müsabiqə, olimpiada, ekskursiya və nümunəvi dərslər planlaşdırılıb. Fənn aylığı boyunca keçiriləcək tədbirlər şagirdlərin dilə olan marağını artırmağa və onların ədəbi biliklərini zənginləşdirməyə yönəlmişdir.