HAQQIMIZDA

  Məktəb 1953-cü ildən fəaliyyət göstərir. 235 nömrəli tam orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin adını daşıyır. Məktəb 480 yerlik olmasına baxmayaraq hazırda məktəbdə 900-dən çox şagird təhsil alır. Dərslər 5 günlük iş rejimi ilə, iki növbəli fəaliyyət göstərir. Məktəbdə 2012-ci ildən başlayaraq 2-ci sinifdən şahmat fənni tədris edilir. Məktəbin şagirdləri mütəmadi olaraq şahmat üzrə rayon turnirlərinin qalibi kimi şəhər turnirlərində rayonumuzu layiqincə təmsil etmişlər. Məktəbdə 2021/2022-ci il tədris ilindən STEAM layihəsi, 2022-2023-cü tədris ilindən isə Rəqəmsal bacarıqlar layihəsi həyata keçirilir.  Məktəbin  idman komandaları müxtəlif vaxtlarda rayon üzrə keçirilən Spartakiadanın idman yarışlarında 1-ci yerə layiq görülmüş,  Pirallahı RİH tərəfindən "Fəxri Fərman", "Diplom" və "Kubok"larla təltif edilmişdir.  Hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzindədir.
Məktəbin biologiya müəllimi İlahiyyə Allahverdiyeva Prezident İlham Əliyevin 03.10.2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 
Y.Əliyev adına 235 nömrəli tam orta məktəb rəhbərliyinin 28 №-li əmrinə əsasən, "Kiçik Akademiya" təsis olunmuşdur. Akademiya iki bölmədən ibarətdir. Humanitar bölmə (Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili) və təbiət bölməsi (biologiya, coğrafiya, fizika, kimya). Kiçik Akademiyanın təsis olunmasında məqsəd məktəbin xüsusi fəallığı və istedadı ilə seçilən müəllim və şagirdlərinin əlavə məşğələlərə, araşdırmalara cəlb olunmasını, elmi, ədəbi-bədii tədbirlərdə iştiraklarının təmin olunmasını təşkil etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi