FƏXRİMİZ

          Əliyev Yavər Yaqub oğlu 1956 - cı ildə Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Pirallahı qəsəbəsi 235 nömrəli orta məktəbi bitirib Kremençuq şəhərində Aviasiya məktəbin bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Müharibə başlayan gündən erməni işqalçılarına qarşı hava uçuşlarında fəal iştirak edib. Vertolyotla düşmən mövqelərinə zərbələr endirmişdir. 

             9 fevral 1992 - ci ildə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.

             14 sentyabr 1992 – ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

            Yavər Əliyev Azərbaycan Aviasiyasının 1 saylı ulduzudur. Kapitan Yavər Əliyevin adı 843 saylı vertolyot alayının şəxsi heyətinin siyahısına salınmışdır. Birinci vertolyot eskadrilyası onun adını daşıyır.

             Şəhidlər xiyabanında dəfn olunub.

              Pirallahı qəsəbəsində yerləşən 235 nömrəli məktəb, Milli Aviasiya Akademiyası Yavər Əliyevin adını daşıyır.

              Allah rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi