Kiçik Akademiya

"Heydər Əliyev ili"nə həsr edilmiş rayon konfransı23 noyabr 2023-cü il tarixində Pirallahı rayonu Yavər Əliyev adına 235 N-li tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin "Heydər Əliyev ili"nə həsr olunmuş rayon konfransı keçirildi.

Ətraflı

"8 Noyabr - Zəfər günü" nə həsr edilmiş rəsm sərgisi7 oktyabr 2023-cü il tarixində Pirallahı rayonu 235 nömrəli tam orta məktəbdə KA-nın təsviri incəsənət müəllimi Məmmədova Şəfiqə tərəfindən "8 Noyabr - Zəfər günü" nə həsr edilmiş rəsm sərgisi keçirildi. Məqsəd: qabiliyyətli şagirdlərdə vətənpərvərlik hissini aşılamaqdır.

Ətraflı

Kiçik Akademiyanın rayon üzrə prezidentlərinin növbəti görüşü2023-cü ilin dekabr ayında "H.Əliyev ili"nə həsr olunmuş KA üzvlərinin I Ümumşəhər Konfransının keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq 17 oktyabr 2023-cü il tarixində Bakı şəhəri 235 N-li tam orta məktəbdə KA prezidentlərinin görüşü keçirildi. Görüşdə məqsəd:2022-2023-cü ilin hesabatını dinləmək, qarşıda duran planları müzakirə edib qərar qəbul etmək, həmçinin 22 noyabrda keçiriləcək rayon konfransı öncəsi bütün məlumatları məktəblərlə bölüşüb meyarları elan etməkdir.

Ətraflı

Kiçik akademiyanın növbəti iclası3 oktyabr 2023-cü il tarixində Pirallahı rayonu 235 №-li tam orta məktəbdə fəaliyyət göstərən KA-nın 2023-2024-cü tədris ili üçün növbəti iclası keçirildi. İclasda KA-nın yeni şagird və müəllim heyəti müəyyən edildi. 2022-2023cü ilin hesabatı dinlənildi. Yeni tədris ilində qarşıda duran planlar müzakirə olundu və təsdiq edildi.

Ətraflı

"Kiçik Akademiyanın təqdimatı" adlı rayon konfransıPirallahı rayonu 235 №-li tam orta məktəbdə 23 may 2023-cü il tarixində "Kiçik Akademiyanın təqdimatı" adlı rayon konfransı keçirildi. Pirallahı rayonu nəzdində olan "KA" üzvlərinin istedadlı şagirdləri öz təqdimatlarını nümayiş etdirdilər. Bu təqdimatlar dinlənildikdən sonra arasında ən yüksək qiymətləndirilən şagirdlər səs vermə yolu ilə seçilərək müəyyənləşdirildi. Məqsəd:Ayrı-ayrı məktəblər üzrə istedadlı şagirdləri aşkara çıxartmaq və tədqiqata cəlb etməkdir.

Ətraflı

"Mənim sevimli futbol klubum" adlı dəyirmi masa02 mart 2023 cü il tarixində "Kiçik Akademiya"nın təşəbbüsü ilə idman həftəsinə həsr edilmiş " Mənim sevimli futbol klubum" başlıgı altında dəyirmi masa keçirildi. Şagirdlərin sevimli klubları haqqında hazırladıqları araşdırmalar dinlənildi.

Ətraflı

Kiçik akademiyanın təşkilatçılığı ilə Bilik yarışı23 fevral 2023 cü il tarixində 6a və 6b sinifləri arasında cografiya fənnindən şəhidlərimizin xatirəsinə həsr edilmiş "Bilik yarışı" keçirildi. Məqsəd:şagirdlərimizin dünyagörüşünü artırmaqdır.

Ətraflı

Kiçik akademiyada iclas keçirilibAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan " Kiçik Akademiya" yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən,bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyi yeni istedadların üzə çıxarılması məqsədilə 23 may 2023-cü il tarixində keçiriləcək konfransla əlaqədar olaraq 31 yanvar 2023-cü il tarixində Pirallahi rayonu 235N-li tam orta məktəbdə ,məktəbin direktoru Yusubov Seymur və "Kiçik Akademiya"nın prezidenti Rüstəmova Sevda tərəfindən iclas keçirilib. İclasda rayonun tərkibində olan beş məktəbin "Kiçik Akademiya" prezidentləri iştirak edib

Ətraflı

İnşa müsabiqəsiŞagirdləri vətənpərvərlik ruhunda böyütmək və gələcək üçün savadlı, vətəni sevən, yurda bağlı bir şəxsiyyət kimi yetişdirmək müəllimlərin ən yüksək amalıdır. Bu məqsədlə 235 saylı tam orta məktəbin tərkibində yerləşən "Kiçik akademiya" nın üzvü, Azərbaycan dili və ədəbiyyat müəllimi Qasımova Ayselin rəhbərliyi ilə 27 dekabr 2022-ci il tarixində 8-ci siniflər arasında inşa müsabiqəsi keçirilmişdir. Müsabiqədə şagirdlərin bacarıq və istedadı bir daha aydın olmuşdur.

Ətraflı

Tarixi abidələrə ekskursiya təşkil olunubŞagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və Bakının tarixi abidələrini araşdırmaq məqsədi ilə 25 dekabr 2022-ci il tarixində 235nömrəli tam orta məktəbin "Kiçik Akademiyasının"7b sinif şagirdləri və prezidenti Rüstəmova Sevda tərəfindən "Atəşgah","İçərişəhər","Qız qalası","Qala Dövlət Tarixi Etnoqrafiya Qorugu"na ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı şagirdlərə bu tarixi abidələr haqqında ətraflı məlumat verilmiş və araşdırmalar aparılmışdır.

Ətraflı

Kiçik akademiya üzvləri arasında dəyirmi masa"Kiçik akademiya"nın üzvü, tarix müəllimi Əliyeva Təranə "Tolerantlıq" mövzusunda dəyirmi masa keçirib.

Ətraflı

Tolerantlıq15.11.2022ci il tarixində 235 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın rəhbərliyi ilə "Tolerantlıq"gününə həsr edilmiş tədbir keçirildi.Məqsəd: Azərbaycanda yaşayan milli azlıqların dininə,adət -ənənələrinə hörmətlə yanaşmaq və gənc nəsli bu ruhda yetişdirməkdir.

Ətraflı

Qazilərlə görüş18.05.2021-ci il tarixində Yavər Əliyev adına 235 N-li tam orta məktəbin "Kiçik Akademiya"sının üzvləri olan şagirdlərlə Pirallahı rayonundan olan II Qarabağ müharibəsində iştirak etmiş qazilərimiz: Sübhan Məmmədov,Emin Qasımov və Firudin Muradovla online görüş keçirilib.Məqsəd qazilərimizin keçdiyi döyüş yolunu, şəhidlərimizin ve qazilərimizin cani ve qanı bahasına alınmış torpaqlarımızın müqəddəsliyini şagirdlərə aşılamaq və şəhidlərimizin əziz xatirəsini yad etməkdi

Ətraflı

(COVİD-19)həsr olunmuş layihə hazırlanıbYavər Əliyev adına 235 saylı tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"-ın şagirdləri tərəfindən Korona virusa (COVİD19) həsr olunmuş layihə hazırlanmışdır. Məqsəd şagirdlərin araşdırma xüsusiyyətini artırmaqdır.

Ətraflı

Dəyirmi masa keçirilib Y.Əliyev adına 235 N°li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"-ın müəllim və şagird heyəti Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib.

Ətraflı

"SİZ BİZİM QƏLBİMİZDƏSİZ" Bakı şəhəri, Y.Əliyev adına 235 N°≈li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiyanın" şagirdləri "SİZ BİZİM QƏLBİMİZDƏSİZ" devizi altında Qarabağ uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizə həsr olunmuş araşdırmalar apararaq məlumatlar əldə etmiş, divar qəzetləri hazırlamışlar.

Ətraflı

"Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə" mövzusunda təqdimat"Kiçik Akademiya"nın "Alternativ enerji mənbələri" mövzusunun davamı olaraq "Alternativ Enerji Agentliyi"nin əməkdaşları ilə əlaqə saxlanılıb, dekabrın 25-də məktəbə dəvət olunublar. Eyni zamanda məktəbin ərazisində yerləşən "Günəş elektrik stansiyası"nın məsul işçisi Nazim Adıgözəlov qonaq qismində iştirak edib. Qonaqlar əvvəlcə alternativ enerji mənbələri haqqında şifahi məlumat verdikdən sonra Agentliyin əməkdaşı Fərid Abdurəhmanov, "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə" mövzusunda təqdimat edib, mövzu ilə bağlı videoçarxlar göstərilib. Daha sonra “Kiçik akademiklər” alternativ enerji ilə bağlı apardıqları araşdırmaları təqdim edib, Agentliyin nümayəndələri ilə fikir və təcrübə mübadiləsi aparıblar. Alternativ enerji Agentliyinin əməkdaşları “Kiçik akademiklər”ə uğurlar arzulayıb, gələcəkdə də belə maarifləndirici tədbirlərin və əməkdaşlığın davam edəcəyini bildiriblər.

Ətraflı

Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir keçirilibNoyabrın 30-da məktəbin nəzdində fəaliyyət göstərən "Kiçik Akademiya"nın müəllim və şagird heyətinin təşəbbüsü ilə Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fəxri qonaq qismində həyatını neft çıxarılması və istehsalına həsr etmiş qocaman neftçilər Əhmədov Səməd Baxış oğlu və Cəfərov Alim Nizam oğlu iştirak edib. Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbirin keçirilməsində əsas məqsəd Neft Daşlarının yaranması, tarixi, coğrafiyası,ekologiyası, həmçinin qəhrəman neftçilərin həyatları barədə şagirdlərin apardıqları araşdırmaların təqdim olunması idi.   Tədbirdə ibtidai sinif şagirdləri də yaxından çıxış edərək öz musiqi və rəqs nömrələri ilə tədbirə rəng qatıblar. Tədbirin sonunda məktəbin direktoru Şahin Allahverdiyev qonaqlara söz verib.Qocaman neftçilər də öz növbələrində çıxış edərək Neft Daşlarının yaranması,tarixi haqqında məlumat veriblər,bu maraqlı təşəbbüsə görə şagirdlərə və müəllimlərə öz minnətdarlıqlarını bildiriblər.Daha sonra məktəbin direktoru Şahin Allahverdiyev qonaqlara plaketlər təqdim edib və xatirə şəkilləri çəkilib.

Ətraflı

"Ulduz" şokalad fabrikinə ekskursiya235 nömrəli tam orta məktəbin nəznində fəaliyyət göstərən Kiçik Akademiya "Ulduz" şokalad fabrikinə ekskursiya təşkil edib. Bu ekskursiyada əsas məqsəd şagirdlərin dünyagörüşünü, maraq dairəsini artırmaqdır. 

Ətraflı

"Kiçik Akademiya"nın hesabat xarakterli yekun iclası keçirilib12.06.2019-cu il tarixində Yavər Əliyev adına 235nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının hesabat xarakterli yekun iclası keçirilib.İclası açıq elan edən Akademiyanın prezidenti Sevda Rüstəmova çıxış edərək yarandığı gündən etibarən Akademiyanın heyata keçirdiyi işlər barədə məlumat verib. Bildirib ki,20.09.2019-cu il tarixində məktəbin direktoru Şahin Allahverdiyevin verdiyi 28N-li əmrə əsasən, "Kiçik Akademiya" təsis olunub. Akademiya Humanitar və Təbiət olmaqla 2 bölmədən ibarətdir, 8 müəllim və 40 şagird üzvü var. Akademiyanın vitse- prezidenti İlahiyə Allahverdiyeva, Humanitar bölməyə rəhbər Ülkər Şirinova, Təbiət bölməsinə isə Sovqat Kelbiyeva seçilmişdir. "Kiçik araşdırmalar böyük kəşflərə imza atır" devizi ilə fəaliyyət göstərən Akademiyanın yaradılmasında əsas məqsəd xüsusi bacarığı, istedadı və fəallığı ilə seçilən müəllim və şagirdlərin əlavə məşğələlərə, araşdırmalara cəlb olunmasını, elmi,ədəbi-bədii tədbirlərdə iştiraklarını təmin etməkdir. Qısa müddətdə Akademiyanın səmərəli fəaliyyəti üçün zəruri avadanlıqlar,bayraq və emblemlər, eləcə də dəftərxana ləvazimatları ilə təchiz edilmiş kabinet ayrılmışdır.Yarandığı qısa müddətdə Akademiyanın müəllim və şagird heyəti inamla çalışmış, uğurlu işlərə imza atmışdır. Buna ən bariz nümunə kimi 01.05.2019-cu il tarixində "Pirallahını tanıyaq" layihəsinin təqdimatının yüksək səviyyədə həyata keçirilməsini,daha sonra şagirdlərin tarixi yerlərə araşdırma xarakterli ekskursiyalarının təşkilini göstərə bilərik. Belə ki,13Aprel tarixində Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna, 9May tarixində Şəki Xan sarayı və Kiş Alban məbədinə, 18May tarixində Binə Atçılıq Federasiyasına,Zoobulvar Uşaq Əyləncə Mərkəzinə, Zirə Ekopark İstirahət və Əyləncə Mərkəzinə, nəhayət, 6İyun tarixində Quba-Qusar-Laza bölgələrinə elmi-tədqiqat, əyləncə-istirahət xarakterli ekskursiyalar təşkil olunmuşdur. İnanırıq ki, gələcəkdə də bu cür ekskursiyalarımız davamlı şəkildə həyata keçiriləcək.

Ətraflı

Azərbaycanın şimal bölgəsinə ekskursiya təşkil olunub.6İyun 2019-cu il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının müəllim və şagird heyətinin Azərbaycanın şimal bölgəsinə:Quba, Qusar rayonlarına elmi tədqiqat və istirahət xarakterli ekskursiyası təşkil edilib. Akademiya üzvləri əvvəlcə Quba rayonunda olublar. Buranın bir iqlimi, coğrafi mövqeyi barədə araşdırma aparıblar, buranın bitki örtüyü və heyvanlar aləmi haqqında ətraflı məlumat toplayıblar. Daha sonra balaca "akademiklər" Qusarda olublar, Şahdağ yüksəkliyinin Şah yaylaq dağının ətəyində yerləşən Laza kəndində olublar, burada Laza şəlaləsinə səfər ediblər. Ekskursiyadan böyük ruh yüksəkliyi ilə geri qayıdan "akademiklər" apardıqları araşdırmaları məqalə və referatlarda qeyd ediblər.

Ətraflı

“Kiçik Akademiya”nın müəllim və şagird heyətinin Şəki şəhərinə ekskursiyası    235 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının müəllim və şagird heyətinin Azərbaycanın qədim tarixə malik dilbər guşəsi Şəki şəhərinə tədqiqat xarakterli ekskursiyası baş tutub. Yol boyu Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuzun da görməli yerlərində olublar. Şəkiyə çatdıqda əsası 1925-ci ildə qoyulmuş, Rəşid bəy Əfəndiyevin adını daşıyan Şəki tarix Diyarşünaslıq Muzeyində olublar. “Kiçik akademiklər” muzeydə sərgilənən Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponatla tanış olublar. Daha sonra Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən, 1761-1762-ci illərdə memar Hacı Zeynalabdin Şirvaninin Şəki xanı Hüseyn xan Müştaqın şərəfinə inşa etdiyi Şəki Xan Sarayında olublar. Şagirdlər burada tədqiqat apararaq öyrəndilər ki, 2 mərtəbədən 7 otaqdan ibarət saray yaşayış xarakterli deyil, divanxana olmuşdur. Aşağı mərtəbə kişilər, yuxarı mərtəbə isə qadınlar üçün nəzərdə tutulubmuş. Yuxarı mərtəbədəki qadınların aşağıda kişilərin apardıqları söhbətləri eşitməmək üçün iki mərtəbə bir-birindən qalın torpaq qatı ilə izalə edilib . Ən çox marağa səbəb olan isə zalların pəncərə çərçivələrinin vitraj xarakterli şəbəkə-pəncərələrdən ibarət olması və hər bir zalın təkrarlanmayan xüsusi fasad rəsmləri ilə bəzənməsi olub. Sarayda rəsmlər 4 qrupa bölünür: həndəsi  və nəbati naxışlı, süjetli, heyvan və bitkilərin təsvir edildiyi rəsmlər. Şagirdlər onu öyrəndilər ki, saray bir neçə dəfə restavrasiya olunsa da, ümumi görünüşünə, rəsmlərinə heç bir xələl gəlməmişdir. Daha sonra “akademiklər” Qafqazın ilk kilsəsi sayılan Kiş Alban Məbədində oldular. Öyrəndilər ki, məbədi xristianlığı Albaniyada yaymaq üçün bura gələn Müqəddəs Yelisey tikdirmişdir. Hal-hazırda kilsə kimi fəaliyyət göstərən məbəd də onun adını daşıyır. Məbəd ərazidə tapılmış Qafqaz Albanlarına aid məzarlar, eləcə də məişət əşyaları və digər qədim qalıqlar şagirdlərdə böyük maraq doğurub. “Kiçik Akademiya”nın müəllim və şagird heyəti müvafiq araşdırmalarını apardıqdan və qeydlər götürdükdən sonra Şəkidən gözəl təəssüratlarla ayrılıblar.

Ətraflı

"Pirallahı tanıyaq" layihəsi  Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin direktoru Şahin Allahverdiyevin 20.02.2019-cu il tarixində verdiyi 28 nömrəli əmrinə əsasən, "Kiçik araşdırmalar böyük kəşflərə imza atır" devizi ilə məktəbdə "Kiçik Akademiya" təsis olunub. Akademiyanın Prezidenti məktəbin coğrafiya müəllimi S.Rüstəmova, vitse-prezidenti biologiya müəllimi İ.Allahverdiyeva təyin olunub.      1 may 2019-cu il tarixində Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən ”Kiçik Akademiya"nın  müəllim və şagird heyətinin təşəbbüsü və fəaliyyəti nəticəsində "Pirallahını tanıyaq" layihəsinin təqdimatı keçirilib. Təqdimatda fəxri qonaqlar arasında Pirallahı Rayon İcra Hakimiyyəti  başçısının müavini Anara xanım Hacıbəyli, Pirallahı Rayon Yeni Azərbaycan Partiyasının sədri Hikmət Şikarov, Pirallahı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxrəddin Babayev, Vaqif Mustafazadə adına Mədəniyyət Sarayının müdiri Afət İbrahimova, Bakı Şəhəri Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Sədaqət Məmmədova, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Sevda Bəşirova, Pirallahı rayonunda yerləşən məktəblərin direktorları, Pirallahı Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov və şuranın üzvü Səməd Əhmədov, qocaman neftçi Süleyman Süleymanov, Milli qəhraman Yavər Əliyevin, Arif Rəhimovun, Aprel şəhidi  Sarvan Mehrəliyevin ailə üzvləri iştirak ediblər. "Pirallahını  tanıyaq" layihəsinin keçirilməsində əsas məqsəd Pirallahının tarixi, coğrafiyası, iqlimi, flora faunası, Milli qəhrəmanları haqqında geniş məlumat vermək, eyni zamanda çoxmillətli Pirallahı rayonundakı tolerantlığı nümayiş etdirməkdən ibarət olub. Layihənin hazırlanmasında məktəbin kiçik akademiyasının müəllim və şagird heyəti eyni zamanda məktəbin digər fəal şagirdləri iştirak ediblər.      Sonda Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara xanım Hacıbəyli çıxış edərək layihənin yüksək səviyyədə təşkil olunmasına görə məktəb rəhbərliyinə öz dərin təşəkkürünü bildirib və "kiçik akedemiklər" ə uğurlar arzulayıb.

Ətraflı

Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekspedisiyası təşkil olunub.13 Aprel 2019-cu il tarixində Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının müəllim və şagird üzvlərinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekspedisiyası təşkil olunub. Şagirdlər əvvəlcə qoruğun yerləşdiyi coğrafi şərait, iqlimlə tanış oldular, paytaxt Bakıdan 56 km aralıda yerləşən Qoruğun Mezolit dövrünün abidəsi olduğunu öyrəndilər. Daha sonra Qobustanın "Cingirdağ", "Ana zağa", "Ovçular zağası", "Yeddi gözəl"mağarası, "Çardaq zağa" kimi mağaralarında araşdırmalar apardılar, burada tapılmış qədim insan və heyvan sümükləri, qayaüstü rəsmlər haqqında məlumat topladılar. Eləcə də "kiçik akademiklər" Qobustanın flora və faunası haqqında tədqiqat apardılar, bu yerlərin vaxtilə ot yeyən heyvanların örüş yeri olduğunu, çöl heyvanlarından öküz, at, keçi, maral, vəhşi heyvanlardan pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcıların məskəni olduğunu öyrəndilər.

Ətraflı

"Kiçik Akademiya" üçün xüsusi kabinet yaradılıbY.Əliyev adına 235 nömrəli tam orta məktəbdə Kiçik Akademiya üçün xüsusi kabinet ayrılıb. Kabinet akademiya üçün zəruri avadanlıqlar, Akademiyanın loqosunu özündə əks etdirən plakat, bayraq və emblemlərlə, eləcə də digər dəftərxana ləvazimatları ilə təmin olunub.

Ətraflı

"Kiçik Akademiya"nın ilk iclası5Aprel 2019-cu il tarixində Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın ilk iclası keçirildi. İclası açıq elan edən məktəbin tərbiyə işləri üzrə direktor müavini H.Paşayeva çıxış edərək əvvəlcə Akademiyanın üzvü olan müəllim və şagirdləri salamladı, daha sonra Kiçik Akademiyanın prezidenti S.Rüstəmovanı, humanitar bölməsinin sədri Ü.Şirinovanı, təbiət bölməsinin sədri İ.Allahverdiyevanı Akademiyanın üzvlərinə təqdim etdi. Eləcə də qarşıda duran vəzifələr, akademiyanın təşkil olunmasında məqsəd açıqlandı.Daha sonra akademiyanın prezidenti S.Rüstəmova çıxış edərək şagirdlərə aparacaqları tədqiqatlar ,araşdırmalar, təşkil olunacaq ekskursiyalar barədə məlumat verdi.

Ətraflı

Kiçik araşdırmalar böyük kəşflərə imza atırYavər Əliyev adına 235 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Allahverdiyevin 20.02.2019-cu il tarixində verdiyi 28 nömrəli əmrinə əsasən, məktəbdə Kiçik Akademiya təsis olunmuşdur. Kiçik Akademiyanın prezidenti Sevda Rüstəmova, vitse-prezidenti İlahiyə Allahverdiyeva seçilmişdir. Akademiya iki bölmədən ibarətdir. Şirinova Ülkərin rəhbərlik etdiyi humanitar bölmə (Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili) və Kelbiyeva Sovqatın rəhbərlik etdiyi təbiət bölməsi (biologiya, coğrafiya, fizika, kimya). Akademiyanın 8 müəllim və 40 şagird üzvü vardır. Müəllimlər: 1. Şirinova Ülkər 2. Əliyeva Təranə 3. Əliyeva Könül 4. Qasımova Aysel 5. Quliyeva Nailə 6. Kelbiyeva Sovqat 7. Abdullayeva Şəbnəm 8. Məmmədova Türkan Kiçik Akademiyanın təsis olunmasında məqsəd məktəbin xüsusi fəallığı və istedadı ilə seçilən müəllim və şagirdlərinin əlavə məşğələlərə, araşdırmalara cəlb olunmasını, elmi, ədəbi-bədii tədbirlərdə iştiraklarının təmin olunmasını təşkil etməkdir. Kiçik Akademiyanın devizi belədir. "Kiçik araşdırmalar böyük kəşflərə imza atır".

Ətraflı
HAQQIMIZDA

  Məktəb 1953-cü ildən fəaliyyət göstərir. 235 nömrəli tam orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin a...

BİZİM FƏXRLƏRİMİZ

Evelina Səfərova Adil

Fidan Haqverdiyeva Mahmud

HAQQIMIZDA

  Məktəb 1953-cü ildən fəaliyyət göstərir. 235 nömrəli tam orta məktəb Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevin a...

BİZİM FƏXRLƏRİMİZ

Evelina Səfərova Adil

Fidan Haqverdiyeva Mahmud

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi