Zəfər Gününə həsr olunmuş şahmat yarışı
28 oktyabr 2024-cü il tarixində məktəb direktoru Seymur Yusibovun təşəbbüsü ilə Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirildi. Yarışın məqsədi məktəb işçiləri arasında həmrəyliyi gücləndirmək və Vətən müharibəsində əldə olunan tarixi zəfəri yad etmək idi. Müəllimlər və texniki işçilər arasında keçirilən bu yarışda hər kəs qələbə qazanmaq üçün böyük həvəslə mübarizə apardı. Yarışın sonunda qalib gələn iştirakçılar Seymur Yusibov tərəfindən diplomla təltif olundu. Tədbir, həm Zəfər Gününün əhəmiyyətini vurğulamaq, həm də məktəb kollektivini bir araya gətirərək dostluq və əməkdaşlıq ruhunu möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət kəsb etdi.