STEAM və Rəqəmsal Fənn Aylığı çərçivəsində maraqlı təqdimat
25 oktyabr 2024-cü il tarixində məktəbimizdə STEAM və Rəqəmsal Fənn Aylığı çərçivəsində maraqlı bir təqdimat təşkil olundu. Təqdimatı fənn müəllimlərimiz Sovqat Kəlbiyeva və İlahiyyə Allahverdiyeva həyata keçirdi. Tədbirin əsas məqsədi şagirdlərə STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsili haqqında məlumat vermək və onları bu sahələrə maraq göstərməyə təşviq etmək idi. Bu təqdimat STEAM sahələrinə marağı olan şagirdlər üçün çox faydalı oldu. Şagirdlər yeni biliklər əldə etdilər, rəqəmsal alətlərdən istifadə etməyi öyrəndilər və yaradıcı düşünmənin nə qədər vacib olduğunu anladılar. Bu cür tədbirlər, şagirdlərin gələcəkdə elm və texnologiya sahələrində uğur qazanmağı üçün ilk addım hesab edilir.