Elmin gücü kitabdır
26.04.2019-cu il tarixində məktəbin 4a sinif müəllimi S.Hüseynova “Elmin gücü kitabdır” adı altında tədbir təşkil edib. S.Hüseynova bildirib ki, bir insan elm sahibi olmaq istəyirsə, mütləq kitablardan qaynaqlanmalıdır. Nə qədər çox kitab oxuyarsa, mütaliə edərsə bir o qədər elmə nail ola bilər. Bilikli olmaq üçün tək oxumaq kifayət deyil. Həyatda gördüklərimiz də bizi maarifləndirə bilər. Gördüyümüz bu kitablar bizə dahilərimizin yadigarıdır, bu yadigarları nəsildən-nəsilə çatdırmalıyıq.
Daha sonra S.Hüseynova dahilərimiz tərəfindən bizə əmanət edilən kitablarla şagirdləri tanış edib.
Şagirdlərin söylədikləri şeirlər, səhnələr ardı ardına davam edib. İlk olaraq "Can nənə bir nağıl de" sonra "Hazırcavab şagirdlə müəllimin söhbəti" və türk dünyasının dahi mütəfəkkiri Mövlanə Cəlaləddin Rumi haqqında danışıblar.
Sonda məktəbin direktoru Ş.Allahverdiyev çıxış edərək təşkil olunmuş tədbirə görə müəlliməyə öz təşəkkürünü bildirərək şagirdlərimizi "Fəxri fərmanla" təltif edib.