Sinif təşkilat saatı keçirilib

   24 sentyabr 2024-cü il tarixində məktəbimizin ibtidai sinif müəllimi Şəhla İsmayılova, 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq sinif təşkilat saatı keçirdi. Dərs zamanı müəllim, şagirdlərə Vətən müharibəsinin qəhrəmanları və onların vətənpərvərlik ruhu haqqında geniş məlumat verdi. Təşkilat saatı çərçivəsində şagirdlər Vətənə, torpağa olan sevgilərini ifadə edən şeirlər səsləndirdilər. Bununla yanaşı, Vətən müharibəsinə həsr olunmuş video çarx nümayiş olundu, şagirdlərə müharibənin qəhrəmanları haqqında dərin təsir bağışlayan görüntülər göstərildi. Tədbirin sonunda şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş rəsmlər rənglədilər, bu yolla Vətənə olan sevgilərini bir daha nümayiş etdirdilər. Şəhla İsmayılova şagirdlərə Vətənə sevgi və bağlılıq ruhunu aşılamanın vacibliyini vurğuladı və hər zaman şəhidlərimizin əziz xatirəsini yaşatmağın bizim borcumuz olduğunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi