"Vətən var olsun" adlı sinif təşkilat saatı

   24 sentyabr 2024-cü il tarixində, "27 sentyabr Anım Günü" ilə bağlı məktəbin təsdiq olunmuş tədbirlər planına əsasən, 7"b" sinifində "Vətən var olsun" adlı sinif təşkilat saatı keçirildi. Tədbir Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhuna 1 dəqiqəlik sükutla başladı. Sinif rəhbəri şagirdlərə Vətən Müharibəsinin başlanması, gedişatı və əldə edilən böyük qələbənin önəmi barədə geniş məlumat verdi. O, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu xüsusilə vurğuladı. Bu, tarixi bir zəfər olaraq xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Tədbirin sonunda şagirdlər Vətənə olan sevgilərini və şəhidlərimizin qəhrəmanlıqlarına olan ehtiramlarını ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi