"20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü"

   20 sentyabr 2024-cü il tarixində məktəbin 8b sinif rəhbəri Türkan Məmmədova "20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü" ilə əlaqədar sinif təşkilat saatı keçirilib.

Məqsəd şagirdlərə bu tarixi günün əhəmiyyətini izah etmək və işğaldan azad edilmiş torpaqlarımızın tarixi ilə bağlı məlumat verib. Türkan Məmmədova dərs zamanı şagirdlərə Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azərbaycan tarixindəki yerini və bu şəhərlərin azadlığı uğrunda gedən mübarizələrin əhəmiyyətini ətraflı izah edib. Şagirdlər təşkilat saatında fəal iştirak edərək, mövzu ilə bağlı öz düşüncələrini bölüşmüş, həmçinin vətənpərvərlik ruhunda yazılmış şeirlər və təqdimatlar nümayiş etdirib. Tədbir, şagirdlərin milli yaddaşını gücləndirərək, onlarda vətənpərvərlik hisslərinin inkişafına mühüm töhfə verən bir dərs kimi yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi