"Bu tarixi unutmayaq" mövzusunda sinif təşkilat saatı

   18 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş "20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü"nə dair məktəbin 3b sinif rəhbəri Naibə Rəşidova "Bu tarixi unutmayaq" mövzusunda sinif təşkilat saatı keçirib.Tədbirin məqsədi şagirdlərə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tarixi, onların azadlığı uğrunda mübarizələr və şəhidlərimizin qəhrəmanlıqları barədə məlumat vermək olub. Naibə Rəşidova dərs boyunca şagirdlərə bu torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayaraq, keçmişimizi unutmamağın və gələcək nəsillərə ötürməyin vacibliyini izah edib. Sinif təşkilat saatında şagirdlər də fəal iştirak edərək, öz fikirlərini bölüşüb. Tədbir, şagirdlərin vətənpərvərlik ruhunu daha da gücləndirməyə və keçmişi xatırlayaraq gələcəyə daha möhkəm addımlarla irəliləməyə təşviq edən vacib bir tədbir kimi yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi