Məktəbdə ilk dərs "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub

   16 sentyabr 2024-cü il tarixində bütün ümumtəhsil məktəblərində olduğu kimi, 235 nömrəli məktəbdə də ilk dərslər  "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub. İbtidai sinif müəllimi Gülnarə Rafikova 4c sinfində bu mövzuya həsr olunmuş maraqlı və maarifləndirici dərs keçib. Dərs zamanı şagirdlərə təbiətin qorunması və ətraf mühitin mühafizəsinin vacibliyi barədə məlumat verilib, onlarla təbiətə qarşı məsuliyyətli yanaşma barədə müzakirələr aparılıb. Şagirdlər mövzuya böyük maraq göstərib və fəal iştirak ediblər, bu da dərsin daha maraqlı və məhsuldar keçməsinə şərait yaradib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi