Yüksək nəticə əldə edən məzunlarla görüş

  11 sentyabr 2024-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə edən məzunlarla görüş keçirildi. Tədbirdə məktəbimizin məzunu Elnur Cabbarlı da iştirak edərək yüksək nailiyyətinə görə hədiyyə və Fəxri Fərmanla təltif olundu. Bununla yanaşı, rayonun ictimai həyatında aktiv fəaliyyət göstərən Sevinc İsmayılova da mükafatlandırıldı.Bu gün təltif olunan Sevinc İsmayılovanı Elnur Cabbarlını və bu uğuruna görə sinif rəhbəri Ramilə Əliyevanı məktəb rəhbərliyi adından səmimi qəlbdən təbrik edirik. Şagirdlərimizin uğurları həm məktəbimizin, həm də rayonumuzun fəxri olaraq gələcəkdə daha böyük nailiyyətlərin təməli olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi