"Bilik Günü"nə həsr edilmiş tədbir

    16 sentyabr 2024-cü il tarixində, Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində olduğu kimi, Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbdə də "Bilik Günü" təntənəli şəkildə qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yeni tədris ilində məktəblilər məktəbə böyük ümid və arzularla qədəm qoyub. Məktəbin direktoru Seymur Yusibov tədbir iştirakçılarını salamlayaraq onlara yeni dərs ilində uğurlar arzulayıb. Daha sonra şagirdlərin ifasında bədii hissə təqdim olunub və ilk zəngin çalınması ilə 2024-2025-ci tədris ilinin ilk dərsləri başlayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi