2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib

  13 sentyabr 2024-cü il tarixində 2024-2025-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib.Məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə keçirilən iclasda məktəbin direktoru Seymur Yusibov yeni tədris ilinin başlanması münasibətilə kollektivi təbrik edib və uğurlar arzulayıb. O, ötən tədris ilində görülən işlərin qısa hesabatını təqdim edib. İclasda qarşıdakı il üçün hədəflər və gündəlikdəki məsələlər müzakirə olunub. İlk dərslərin "Yaşıl dünya naminə həmrəylik ili" mövzusuna həsr edilməsi, təhsilin keyfiyyətinin artırılması, icbari təhsildən yayınmanın qarşısının alınması və məktəbdə həyata keçirilən layihələrin keyfiyyətinin yüksəldilməsi əsas mövzulardan olub. Həmçinin, məktəbdə növbətçilik , şagird davranış qaydaları və fənn aylıqlarının keçirilməsi haqqında məlumat verilib. Növbətçilik sisteminin düzgün təşkil olunması və şagirdlərin davranış qaydalarına ciddi riayət etməsi vacib məsələlərdən biri kimi vurğulanıb. Fənn aylıqlarının keçirilməsi və bu tədbirlərin tədrisin keyfiyyətinə müsbət təsiri də diqqət mərkəzində olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi