İbtidai siniflərdə maarifləndirici söhbət

   20 sentyabr 2024-cü il tarixində UBTR Şəhla Gəncəliyeva "20 sentyabr-Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü" ilə əlaqədar ibtidai siniflərdə maarifləndirici məlumat verib.

Şəhla Gəncəliyeva maarifləndirici söhbətlər zamanı şagirdlərə bu günün əhəmiyyətini və işğaldan azad edilmiş torpaqlarımızın Azərbaycan tarixi üçün önəmini izah edib. Məlumatlandırma zamanı, şagirdlərə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycanın ayrılmaz hissəsi olduğu və bu torpaqların azadlığı uğrunda aparılan mübarizələrin əhəmiyyəti barədə geniş məlumat verilib. Şagirdlər də bu mövzuya böyük maraq göstərib, öz suallarını verərək mövzu ilə bağlı daha ətraflı məlumat almağa çalışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi