Dövlət Himninin səsləndirilməsi

    23 sentyabr 2024-cü il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-550 nömrəli əmrinə əsasən, məktəbimizdə iş həftəsi ənənəvi olaraq Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb. Hər həftənin ilk iş günü məktəbimizin pedaqoji və şagird heyəti Dövlət Himnini ifa edərək, ölkəmizə olan sevgi və hörmətlərini nümayiş etdiriblər. Bu ənənə, şagirdlərdə vətənpərvərlik hisslərinin güclənməsinə, dövlət atributlarına olan hörmətin və rəğbətin artmasına böyük töhfə verir. Himnin sədaları altında başlayan hər yeni həftə, şagirdlərimizin milli dəyərlərə bağlılığını daha da möhkəmləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi