“Qalib Azərbaycan xalqı” mövzusunda maarifləndirici tədbir

    23 sentyabr 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinova tərəfindən Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr Anım Gününə həsr olunmuş “Qalib Azərbaycan xalqı” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirin əsas məqsədi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlər görmək, Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi olub. Tədbir zamanı vurğulanıb ki, 44 günlük Vətən müharibəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünə inamını bərpa etdi və xalqın öz liderinə, onun gücünə olan etibarını daha da möhkəmləndirdi. Bu müharibə ilə Azərbaycan xalqı, onun Lideri və şanlı ordumuz bütün dünyaya gücünü nümayiş etdirdi. Eyni zamanda qeyd olunub ki, xalqımız hər zaman 27 Sentyabr – Anım Gününü dərin ehtiram və hörmətlə yad edəcək və Şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi