"Son zəng" tədbiri

   14 iyun 2024-cü il tarixində məktəbdə "Son zəng" tədbiri keçirilib. Tədbir məktəbin illik Fəaliyyət Planına uyğun olaraq məzunların doğma məktəblə vidalaşması məqsədilə təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə tədbir açıq elan edilib. Daha sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məzunlar tədbir iştirakçılarının alqışlarının müşayiəti ilə meydana daxil olub. Şən mahnılar və çıxışlarla davam edən tədbirdə məktəb rəhbərliyi, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 44 günlük Vətən Müharibəsinin iştirakçıları, müəllimlər və məzunların valideynləri iştirak edib.

  Tədbirdə məktəbin direktoru Seymur Yusibov çıxış edərək məzunlara xoş arzularını çatdırıb, onlara müstəqil həyat yollarında uğurlar arzulayıb. Məzunlar öz çıxışlarında məktəbə, müəllimlərə olan minnətdarlıq hisslərini bildiriblər. Tədbirin qonaqları məzunlara xoş arzularını dilə gətirərək gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzu edib.Sinif rəhbərləri yetirmələrinə xoş arzu və istəklərini bildiriblər. Bir-birindən maraqlı rəqslər, mahnılar, şeirlər tədbiri daha da rəngarəng edib. Sonda gözlənilən an gəlib çatıb. Son zəng çalınıb. Sevinci və kədəri bir-birinə qarışan məzunlar 11 il onlara qucaq açan doğma məktəb ilə vidalaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi