VIII siniflər arasında "Elimizə yaz gəlir" adlı tədbir keçirilib

 18 mart 2024-cü il tarixində məktəbdə Novruzun gəlişini tərənnüm edən al-əlvan bəzədilmiş sinif otağında sinif rəhbərləri Nailə Quliyeva, Minə Vəliyeva, Sevinc İsmayılovanın təşkilatçılığı ilə 8-ci sinfinlər üzrə “Elimizə yaz gəlir” adlı tədbir keçirildi.

 Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyatların tarixi haqqında məlumatlar verildi. Milli-mənəvi dəyərlərimizin rəmzi sayılan rəqslərdən ibarət rəngarəng çıxışlar tədbir iştirakçılarında xoş ovqat yaratdı.

 Novruzun əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə tədbirə xüsusi zövq qatırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi