VII siniflərin iştirakı ilə "Yurdumuza Novruz gəlir" adlı tədbir keçirilib.

 18 mart 2024-cü il tarixində məktəbdə xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş "Yurdumuza Novruz gəlir" adlı tədbir keçirilib. Ramilə Əliyeva, Türkan Məmmədova və Sovqat Kelbiyevanın təşkilatçılığı altında 7-ci sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə xeyirxahlıq, dostluq, birlik rəmzi olan bu el bayramının əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə hər zaman çox sevildiyi, uca tutulduğu və layiqincə qorunub yaşadıldığı qeyd olunub.

 Tədbirdə şagirdlər Novruz bayramı və bahar fəslini tərənnüm edən ədəbi-bədii kompozisiya nümayiş etdirib. Bayramın atributları olan Kosa, Keçəl, Bahar qızının iştirakı ilə səhnəciklər göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi