Od çərşənbəsi qeyd edilib

  5 mart 2024-cü il tarixində “Dəyərlərimizi qoruyaq” tədbirlər planına uyğun olaraq ibtidai sinif müəllimi Şəhla İsmayılovanın təşkilatçılığı ilə ilaxır çərşənbələrin ikincisi - Od çərşənbəsi münasibətilə sinif təşkilat saatı keçirilib.

 Tədbirin keçirilməsində məqsəd milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması və şagirdlərə aşılanmasıdır.

 Çıxışlarda Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarlarının yaşadığı qeyd olunub. Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi