Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib

 3 mart 2024-cü il tarixində 235 nömrəli tam orta məktəbdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib.

 Olimpiadada rayon ümumtəhsil məktəblərinin 5-ci sinfində təhsil alan şagirdlər iştirak edib.

 Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

 Müsabiqədə iştirak edən bütün şagirdlərimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi