İdman həftəsində "Ən sürətli şagird" qaçış yarışı keçirilib

 

1 mart 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən "İdman həftəsi" layihəsi çərçivəsində şagirdlər sağlam qidalanma ilə bağlı maarifləndirilib.

Proqram əsasında bu gün şagirdlər arasında “Ən sürətli şagird” qaçış yarışı keçirilib. Fiziki tərbiyə müəllimləri tərəfindən keçirilən yarışda 60 və 100 metrədək məsafəyə qaçan şagirdlər arasında qaliblər müəyyən olunub.

Qeyd edək ki, layihənin keçirilməsində məqsəd şagirdlərdə fiziki tərbiyə və idmana olan marağı artırmaq, sağlam həyat tərzinin formalaşmasında əsas rol oynayan idmanın təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi