Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş online dərs keçirib

   Fevralın 26-da məktəbin tarix müəllimi Türkan Məmmədova 8"A" sinfinin iştirakı ilə Xocalı faciəsinin 29 ildönümünə həsr olunmuş online dərs keçirib. Dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Humay Paşayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Qarayeva iştirak ediblər. Xocalı faciəsinin 366-cı rus motoalayının və ermənilərin birləşmiş qüvvələri tərəfindən törədildiyini, faciənin dəhşətləri nəzərə çatdırılıb. Şagirdlər araşdırma aparıb, referat və divar qəzetləri hazırlayıblar.

    Dərsin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, şagirdlər arasında vətənpərvərlik ruhunu yüksəltmək gənc nəslə tarixi həqiqətləri çatdırmaq, eyni zamanda qan yaddaşımızı heç vaxt unutmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi