"Qızıl Zəngilan"
Zəngilan rayonu Respublika ərazisindən dörd daimi axarlı çay keçən yeganə unikal bir ərazidir. Qədim adət-ənənələrin qorunub saxlandığı qonaqpərvər, zəhmətkeş, qanunsevər, dövlətə, dövlətçiliyə sədaqətli insanların məskənidir.
"Ağ Oyuğ"un üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə, həqiqətən qızıl Zəngilandır. Zəngilan aramsız düşmən hücumlarına, məhrumiyyətlərə mərdliklə sinə gərərək 2 ay mühasirədə qalan, bölgəni sonuncu olaraq döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur.
Məktəbin 5C sinif şagirdləri N.Quliyevanın rəhbərliyi ilə "Qızıl Zəngilan"rayonu haqqında hazırladıqları videotəqdimatı və şəhid Xudayar Yusifzadənin qısa həyat yolunu əks etdirən videoçarxı müsabiqəyə təqdim ediblər.