Qarabağ Azərbaycandır!
Şuşa Qarabağın incisi, müsiqi və muğam beşiyidir. Bu tarixi şəhər Azərbaycan mədəniyyət tarixinə görkəmli yazıçılar, şair, xanəndə və tarixi şəxsiyyətlər bəxş etmiş mədəniyyət mərkəzimizdir. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Ümummilli liderimiz Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini belə ifadə etmişdir.
II Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsi nəticəsində Şuşamız düşmən işğalından azad edildi. Bundan sonra da gözəlləşəcək və inkişaf edəcək. Şuşa öz qucağını turistlərə, xarici qonaqlara açacaq və öz əzəməti, mənzərəsi ilə onları valeh edəcəkdir.
Məktəbin ibtidai sinif müəllimi Şəhla İsmayılovanın rəhbərliyi ilə 3A sinfi "Vətənin qəhrəman oğulları" adlı şagird təqdimatlarının müsabiqəsində Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa ilə bağlı hazırladıqları videotəqdimat və II Qarabağ şəhidləri Seyidov Miryasin, Xudayar Yusifzadə, İmran və Bəhram Məmmədov qardaşlarına həsr etdikləri videoçarxla iştirak ediblər. Şəhidlər ölməz, vətən bölünməz!