30 ilin matəmi- Qanlı Yanvar
Yanvarın 16-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Şirinova 6"A" sinfində ilk dərsi 20 Yanvar faciəsinə həsr edib. Müəllim- o müdhiş faciə qurbanları haqqında eləcə də, Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi qırğın siyasəti haqqında ətraflı məlumat verib. Şagirdlər isə öz növbələrində 20 Yanvar şəhidlərinin əziz xatirəsini "30 ilin matəmi- Qanlı Yanvar" adlı esse yazmaqla yad ediblər.