Məktəbimizin KA-nın prezidenti Hüseyn Fərzəliyev “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibi olub .

22.11.2022 tarixində "Heydər Əliyev Mərkəzi"ndə Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, yerli təhsili idarəetmə qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qaliblər təltif olunublar. Məktəbimizin IXa sinif şagirdi - məktəb KA-nın prezidenti Hüseyn Fərzəliyevin müsabiqənin I dərəcəli diplomu ilə təltif olunması çox qürurvericidir. Hüseyni və onun üzərində əməyi olan Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyevanı təbrik edir, daha böyük uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi