"Azərbaycan dili və ədəbiyyatı aylığı"na yekun vurulub.

"Azərbaycan dili və ədəbiyyatı aylığı"na yekun vurulub. "Azərbaycan dili və ədəbiyyatı aylığı" çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat metodbirləşməsi və məktəb KA-nın birgə təşkilatçılığı ilə keçirilən "Mənim doğma dilim" adlı intellektual yarışmada məktəbin 10-cu sinif şagirdlərindən ibarət 4 komanda ("Zəka", "Ziya", "Kamal", "Bilik") intellektlərini sınamış, "Bilik" komandası qalib gəlmişdir. Yarışma zamanı tamaşaçılar üçün də suallar səsləndirilmiş, fərqlənənlər kitab hədiyyəsi ilə mükafatlandırılmışlar. Məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova II və III yerə layiq görülən komandaları fəxri fərmanla, qalib komandanı isə həm də kubokla təltif etmişdir. O çıxışında vurğulamışdır ki, bu intellektual yarışma "Azərbaycan dili və ədəbiyyat aylığı"na gözəl məntiqi sonluq oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi