“Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" adlı konfrans keçirilib.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar məktəb Kiçik Akademiyasının humanitar bölməsinin təşkilatçılığı ilə “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı konfrans keçirilib. KA üzvləri: Röyal Əhmədli (9A) “Milli iradəmizin zəfər çaldığı gün”, Səma Ağayeva (9Ç) “20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır”, Məryəm Atakişizadə (9A) “Ədəbiyyatımızda şəhidlik mövzusu”, Fidan Vəliyeva (8A) "Azadlığa gedən yol", Həbib Əliyev (8A) “Qanlı tarix”, İlkanə Ələbbasova (9A) “Ədəbiyyatımızda 20 Yanvar mövzusu”, Nuray Səfərova (10P) “20 Yanvar faciəsinə siyasi qiymət verilməsi”, Hüseyn Bayramzadə (8B) “Tarixin qan yaddaşı” mövzularında məruzə ilə çıxış ediblər. Müəllimlər: məktəbin direktor əvəzi İradə Atakişiyeva, KA prezidenti - əməkdar müəllim Kəmalə Əliyeva, KA humanitar bölmənin rəhbəri Zenfira Babayeva, tarix müəllimləri Firəngiz Xəlilova və Şəlalə Nəcəfova çıxış edərək 20 Yanvar faciəsini Ümumxalq Hüzn Günü olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq salnaməsi, tariximizin şanlı, şərəfli bir səhifəsi kimi dəyərləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi