HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəb 1953 - cü ildən fəaliyyət göstərir. Sonralar məktəb binası tələblərə cavab vermədiyi üçün 1980 – ci ildə 1176 yerlik yeni tipli məktəb binası tikilib istifadəyə verilmişdir. 2013 – cü ildə məktəb əsaslı təmir edilib. Məktəbin fizika, kimya, biologiya kabinetləri müasir tələblərə uyğun səviyyədə qurulub və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə mövcud olan 4 İKT otağı isə yeni tipli kompüter və texniki vəsaitlərlə təmin edilib.

     Məktəbdə təlim Azərbaycan dilində aparılır. 2023-2024 -cü dərs ilinin əvvəlində komplektləşdirilmiş 48 sinifdə 1302 şagird təhsil alır. Məktəbdə 3 qrupda 88 uşaq olmaqla məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Ümumilikdə məktəbdə 1344 şagird oxuyur. Məktəb iki növbəlidir.

    Məktəbdə 2018- 2019-cu tədris ilindən "Rəqəmsal bacarıqlar", 2019-2020-ci tədris  ilindən "Peşə təmayüllü siniflərin təşkili"  layihəsi həyata keçirilir.

    Məktəbdə işləyən 64 müəllimdən 54 nəfəri ali, 10 nəfəri orta ixtisas təhsillidir. Məktəbdə təlim-tərbiyə prosesi yüksək tələbkarlıq və ciddi intizam əsasında qurulmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Kəmalə Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdir.

   Tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 2015-ci ilin məzunu Zərifə Həmzəyeva Bəhruz qızı  qızıl medalla, 2020-ci ilin məzunu Sevinc Müslümova Vahid qızı gümüş nişanla təltif olunublar. Məktəbin onlarla məzunu buraxılış imtahanlarında 500-600-dən yuxarı bal toplayaraq respublikanın və dünyanın aparıcı ali məktəblərinə daxil olmuşdur. Hər il Bakı şəhərində keçirilən sərgi, müsabiqə, bilik yarışı və fənn olimpiadalarında şagirdlərimiz iştirak edir və layiqli yerlər tuturlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi