Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.

Məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib. Tədbir dövlət himni ilə açılıb, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımında, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin tarix müəllimləri Zenfira Babayeva və Şəlalə Nəcəfova, eləcə də KA üzvləri olan yuxarı sinif şagirdləri çıxış edərək xalqımızın başına gətirilən faciələr, soyqırımının səbəb və nəticələri, qurbanları haqqında ətraflı məlumatlar veriblər, soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova çıxış edərək xalqımızın tarixinə qanla yazılmış faciələri unutmamağı, unutdurmamağı tövsiyə edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi