Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı" adlı elmi konfrans keçirilib.

25.11.2022 tarixində məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsi tərəfindən Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı" adlı elmi konfrans keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimləri: KA prezidenti Kəmalə Əliyeva (əməkdar müəllim ), Əzizə Məmmədova, Şəmsiyyə Quliyeva, Afət Məlikova böyük ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat veriblər. Atakişizadə Məryəm (9a) "H.Cavid romantizmi və türkçülük", Fərzəliyev Hüseyn (9a) "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı", Ələbbasova İlkanə (9a) "Səma şairinin lirikası", Həsənzadə Dəniz (9a) "H.Cavidin poemaları", Ağayeva Səma (9ç) "Böyük şairin ilham mənbəyi -- Müşkünaz xanım", Məmmədhənifəzadə Zeynəb (11a) "H.Cavidin "Azər" poeması", Kamallı Gövhər (11a) "H.Cavidin "Qız məktəbində" şeiri", Sadıqova Mələk (10p) "Tanrısı gözəllik olan şair", Səfərova Nuray (10p) "Ölüm var ki, həyat qədər dəyərli" mövzusunda çıxış ediblər. Sonda məktəbin direktor əvəzi İradə Atakişiyeva çıxış edərək dərin məzmunlu çıxışlara görə müəllimlərə və KA üzvlərinə təşəkkürünü bildirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi