FƏXRİMİZ

 

 Emin Rafiq oğlu Əliyev heç vaxt unudulmaz

 

    Bakı şəhəri  Xəzər rayonu 234 nömrəli tam orta məktəb Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla döyüşüb şəhid olan Emin Rafiq oğlu Əliyevin  adını daşıyır. Emin Rafiq oğlu Əliyev 10 mart 1974-cü ildə Bakının Buzovna qəsəbəsində dünyaya göz açıb. Xəzərin dəli dalğalarının qoynunda böyüyən Emin vətənə bağlı,  haqsızlıqla barışmayan bir yeniyetmə kimi böyüyüb.

     Emin sözünün mənası sakittəbiətli deməkdir. Eminin döyüş yolu Ağdam, Ağdərə orta kənd, Papravənd, Sırxavənd, Manıklı kimi  odlu – alovlu yollardan keçdi.  Strateji  əhəmiyyətli yüksəkliklərin alınmasında hünər göstərən yeddi döyüşçüdən biri də  Emin Əliyev idi. 

    1993-cü ilin iyul ayında  Ağdamın Qalayçılar kəndində güclü döyüşlər gedirdi.  Qeyri-bərabər olan bu döyüşdə Emin dörd qəlpə yarası aldı. Bu onun son döyüşü oldu. Emin Əliyev 1993-cü il 10 iyul tarixində şəhidlik zirvəsinə ucaldı. 19 yaşlı gənc minlərlə məktəblilərə nümunə oldu.

   Bakı Şəhəri Xalq Deputatları Sovetinin  Rəyasət Heyətinin 4/33 saylı 15  aprel 1994-cü il tarixli qərarına əsasən, Vətənin azadlığı uğrunda şəhid olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Əzizbəyov rayonu  (indiki Xəzər rayonu) Buzovna qəsəbəsi  234 saylı orta ümumtəhsil məktəbinə Emin Rafiq oğlu Əliyevin adı verildi. 1995-ci ildə isə şəhidin büstü məktəbin qarşısına qoyuldu. Ümumtəhsil məktəblərində təhsil alan, Vətənin azadlığı uğrunda canından keçib şəhid olanlar heç vaxt unudulmur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi