Kiçik Akademiya

"Azərbaycan dili və ədəbiyyatı aylığı"na yekun vurulub."Azərbaycan dili və ədəbiyyatı aylığı"na yekun vurulub. "Azərbaycan dili və ədəbiyyatı aylığı" çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat metodbirləşməsi və məktəb KA-nın birgə təşkilatçılığı ilə keçirilən "Mənim doğma dilim" adlı intellektual yarışmada məktəbin 10-cu sinif şagirdlərindən ibarət 4 komanda ("Zəka", "Ziya", "Kamal", "Bilik") intellektlərini sınamış, "Bilik" komandası qalib gəlmişdir. Yarışma zamanı tamaşaçılar üçün də suallar səsləndirilmiş, fərqlənənlər kitab hədiyyəsi ilə mükafatlandırılmışlar. Məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova II və III yerə layiq görülən komandaları fəxri fərmanla, qalib komandanı isə həm də kubokla təltif etmişdir. O çıxışında vurğulamışdır ki, bu intellektual yarışma "Azərbaycan dili və ədəbiyyat aylığı"na gözəl məntiqi sonluq oldu.

Ətraflı

Məktəb Kiçik Akademiyasının orqanı olan "İntellekt' qəzetinin növbəti nömrəsini hazırlanıb.Məktəb Kiçik Akademiyasının orqanı olan "İntellekt' qəzetinin növbəti nömrəsini KA üzvləri "Dilimizi qoruyaq!" şüarı altında hazırlayıblar. Qəzetdə məktəb KA-nın vitse-prezidenti -10a sinif şagirdi Məryəm Atakişizadənin "Heydər Əliyev və Azərbaycan dili" məqaləsi, KA üzvü - 8a sinif şagirdi Əfruz Qasımovanın şair-publisist Gülarə Munislə müsahibəsi işıqlandırılıb.

Ətraflı

"Xəmsə möcüzəsi" I respublika onlayn incəsənət müsabiqə-festivalının qalibi olan KA üzvümüz27.04.2023 tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən "Xəmsə möcüzəsi" I respublika onlayn incəsənət müsabiqə-festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Məktəbimizin 7a sinif şagirdi - məktəb KA-nın humanitar bölməsinin üzvü Əfruz Qasımova "Nizami yaradıcılığında ümumbəşəri dəyərlər" inşa nominasiyası üzrə I yerə layiq görüldüyü üçün fəxri fərman və hədiyyə ilə təltif olunub. Məktəbimizin direktoru Zülfiyyə Məmmədhüseynova qalibimizlə görüşüb, Əfruzu və onun üzərində əməyi olan Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyevanı təbrik edib. Uğurlarımız bol olsun !

Ətraflı

“Ümummilli lider Heydər Əliyev silahlı qüvvələrimizin memarıdır” mövzusunda inşa müsabiqəsi keçirilib.“Heydər Əliyev İli” çərçivəsində Xəzər rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti IX-XI sinif şagirdləri arasında “Ümummilli lider Heydər Əliyev silahlı qüvvələrimizin memarıdır” mövzusunda inşa müsabiqəsi keçirmişdir. Məktəb KA-nın prezidenti - 9A sinif şagirdi Hüseyn Fərzəliyev də bu müsabiqəyə qoşulmuşdur. Ona bu müsabiqədə də məktəbimizi layiqincə təmsil edərək uğurlar qazanmağı arzulayırıq.

Ətraflı

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.Məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib. Tədbir dövlət himni ilə açılıb, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımında, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin tarix müəllimləri Zenfira Babayeva və Şəlalə Nəcəfova, eləcə də KA üzvləri olan yuxarı sinif şagirdləri çıxış edərək xalqımızın başına gətirilən faciələr, soyqırımının səbəb və nəticələri, qurbanları haqqında ətraflı məlumatlar veriblər, soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova çıxış edərək xalqımızın tarixinə qanla yazılmış faciələri unutmamağı, unutdurmamağı tövsiyə edib.

Ətraflı

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan dili" adlı elmi konfrans keçirilib."2023-cü il - Heydər Əliyev ili" çərçivəsində məktəb KA-nın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan dili" adlı elmi konfrans keçirilib. Konfransda çıxış edən müəllimlər və KA üzvləri Azərbaycan dilinin zənginliyindən, üslubi imkanlarının genişliyindən, dahilərin bu dilə verdikləri dəyərdən söz açıblar. Ana dilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.

Ətraflı

“Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi" adlı konfrans keçirilib.20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar məktəb Kiçik Akademiyasının humanitar bölməsinin təşkilatçılığı ilə “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı konfrans keçirilib. KA üzvləri: Röyal Əhmədli (9A) “Milli iradəmizin zəfər çaldığı gün”, Səma Ağayeva (9Ç) “20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır”, Məryəm Atakişizadə (9A) “Ədəbiyyatımızda şəhidlik mövzusu”, Fidan Vəliyeva (8A) "Azadlığa gedən yol", Həbib Əliyev (8A) “Qanlı tarix”, İlkanə Ələbbasova (9A) “Ədəbiyyatımızda 20 Yanvar mövzusu”, Nuray Səfərova (10P) “20 Yanvar faciəsinə siyasi qiymət verilməsi”, Hüseyn Bayramzadə (8B) “Tarixin qan yaddaşı” mövzularında məruzə ilə çıxış ediblər. Müəllimlər: məktəbin direktor əvəzi İradə Atakişiyeva, KA prezidenti - əməkdar müəllim Kəmalə Əliyeva, KA humanitar bölmənin rəhbəri Zenfira Babayeva, tarix müəllimləri Firəngiz Xəlilova və Şəlalə Nəcəfova çıxış edərək 20 Yanvar faciəsini Ümumxalq Hüzn Günü olmaqla yanaşı, xalqımızın qəhrəmanlıq salnaməsi, tariximizin şanlı, şərəfli bir səhifəsi kimi dəyərləndiriblər.

Ətraflı

Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı" adlı elmi konfrans keçirilib.25.11.2022 tarixində məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsi tərəfindən Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı" adlı elmi konfrans keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimləri: KA prezidenti Kəmalə Əliyeva (əməkdar müəllim ), Əzizə Məmmədova, Şəmsiyyə Quliyeva, Afət Məlikova böyük ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat veriblər. Atakişizadə Məryəm (9a) "H.Cavid romantizmi və türkçülük", Fərzəliyev Hüseyn (9a) "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı", Ələbbasova İlkanə (9a) "Səma şairinin lirikası", Həsənzadə Dəniz (9a) "H.Cavidin poemaları", Ağayeva Səma (9ç) "Böyük şairin ilham mənbəyi -- Müşkünaz xanım", Məmmədhənifəzadə Zeynəb (11a) "H.Cavidin "Azər" poeması", Kamallı Gövhər (11a) "H.Cavidin "Qız məktəbində" şeiri", Sadıqova Mələk (10p) "Tanrısı gözəllik olan şair", Səfərova Nuray (10p) "Ölüm var ki, həyat qədər dəyərli" mövzusunda çıxış ediblər. Sonda məktəbin direktor əvəzi İradə Atakişiyeva çıxış edərək dərin məzmunlu çıxışlara görə müəllimlərə və KA üzvlərinə təşəkkürünü bildirib.

Ətraflı

Məktəbimizin KA-nın prezidenti Hüseyn Fərzəliyev “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibi olub .22.11.2022 tarixində "Heydər Əliyev Mərkəzi"ndə Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, yerli təhsili idarəetmə qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qaliblər təltif olunublar. Məktəbimizin IXa sinif şagirdi - məktəb KA-nın prezidenti Hüseyn Fərzəliyevin müsabiqənin I dərəcəli diplomu ilə təltif olunması çox qürurvericidir. Hüseyni və onun üzərində əməyi olan Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyevanı təbrik edir, daha böyük uğurlar arzulayırıq.

Ətraflı

Məktəbimizin KA-nın prezidenti "Əziz Şuşa, sən azadsan!" respublika inşa müsabiqəsinin I dərəcəli diplomuna layiq görülüb.Məktəbimizin IXa sinif şagirdi - məktəb KA-nın prezidenti Hüseyn Fərzəliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "Əziz Şuşa, sən azadsan!" mövzusunda keçirilən inşa müsabiqəsinin respublika mərhələsinin qalibi olaraq I dərəcəli diploma layiq görülüb.

Ətraflı

"Mən və mənim hüquqlarım" adlı "dəyirmi masa" keçirilib .Bildiyimiz kimi, hər il olduğu kimi bu ildə də 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Məktəbimizin Kiçik Akademiyasının üzvləri "Mən və mənim hüquqlarım" adlı "dəyirmi masa" ətrafında toplaşaraq uşaq hüquqları, uşaqların ailədə qarşılaşdıqları zorakılıq, şiddət, erkən nikahlar, peşə, sənət, gələcək həyat yoldaşı və s.-də demokratik azad seçim haqqında fikir yürüdərək müzakirə aparıblar. Məktəb KA-nın prezidenti Kəmalə Əliyeva (əməkdar müəllim), psixoloq Samirə Əlişayeva, UBR Mənzər Abdullayeva çıxış edərək öz hüquq və vəzifələrini bilməyin , bunlara əməl etməyin , öz hüquqlarını tələb etməyi bacarmağın önəmli olduğunu vurğulayıblar.

Ətraflı

KA-nın orqanı olan "İntellekt" qəzetinin növbəti sayı Zəfər Gününə həsr edilib.Məktəbimizin KA-sının üzvləri akademiyanın orqanı olan "İntellekt" qəzetinin növbəti sayını hazırlayıblar. Qəzetin Zəfər Gününə həsr edilmiş bu sayında KA prezidenti Hüseyn Fərzəliyevin Təhsil Nazirliyi tərəfindən keçirilən inşa müsabiqəsinin şəhər mərhələsində fərqlənmiş "Əziz Şuşa, sən azadsan!" adlı inşası, KA-nın fəal üzvlərindən olan İlkanə Ələbbasovanın yağı düşmən üzərində möhtəşəm qələbəmizdən keçən 2 il ərzində işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərindən bəhs edən məqaləsi işıqlandırılıb.

Ətraflı

"Zəfər Gününün təntənəsi" adlı intellektual yarış keçirilib.Məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin rəhbəri Zenfira Babayevanın təşkilatçılığı ilə "Zəfər Gününün təntənəsi" adlı intellektual yarış keçirilib . IX sinif şagirdlərindən ibarət "Dəmir yumruq", "Birlik", "Yenilməzlik", "Zəfər" komandaları I və II Qarabağ savaşları, şəhidlərimiz, işğaldan azad olunmuş torpaqlarımız ilə bağlı müxtəlif suallara cavab verərək birincilik uğrunda mübarizə aparıblar. Suallar arası fasilələrdə məktəbin xorunun ifasında zəfər müjdəli, xoş ovqatlı mahnılar səsləndirilib.

Ətraflı

Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "Milli istiqlal şairi" adlı elmi konfrans keçirilib.31.10.2022 tarixində məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsi tərəfindən görkəmli şairimiz Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "Milli istiqlal şairi" adlı elmi konfrans keçirilib. KA prezidenti Kəmalə Əliyeva (əməkdar müəllim ) tədbiri açaraq böyük şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verib, KA üzvləri: Atakişizadə Məryəm (9a) "Göygölə məftun şair"; Həsənzadə Dəniz (9a) "Türkün böyük oğlu"; Cabbarlı Mirramil (9ç) "Azərbaycan Demokratik Cümhuriyyəti və Əhməd Cavad"; Ağayeva Səma (9ç) "Əhməd Cavadın əbədi sevdası-Şükriyyə Axundzadə"; Həsənli Səbinə (10a) "Yaradıcılığı vətənpərvərliklə yoğrulmuş Əhməd Cavad"; Behbudova Zəhra (10b) "Milli azadlıq carçısı"; Səfərova Nuray (10p) "İstiqlal nəğməkarı- Əhməd Cavad"; Mərdanlı Emin (11a) "Cümhuriyyət şairi" mövzusunda çıxış ediblər. Sonda məktəbin direktor əvəzi İradə Atakişiyeva çıxış edərək dərin məzmunlu çıxışlara görə KA üzvlərinə təşəkkürünü bildirib.

Ətraflı

"Qarabağı tanıt!" layihəsinin məktəb mərhələsinə yekun vurulubBakı Şəhəri Təhsil İdarəsinin "Qarabağı tanıt!" layihəsinin məktəb mərhələsi məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsi tərəfindən həyata keçirilib. VII-XI sinif şagirdlərinin cəlb olunduğu məktəb mərhələsinə yekun vurulub. Dolğun məzmunlu və gözəl tərtibatlı işlər fərqləndirilib.

Ətraflı

18 may-18 iyun "İnsan hüquqları aylığı" ilə əlaqədar maarifləndirici tədbir keçirilib.18 may-18 iyun "İnsan hüquqları aylığı" ilə əlaqədar məktəbimizin Kiçik Akademiyası tərəfindən 8-ci sinif şagirdləri ilə "Müstəqil Azərbaycanın tamhüquqlu vətəndaşıyam" adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə KA prezidenti Kəmalə Əliyeva, təbiət bölməsinin rəhbəri Şəhla Cəbiyeva, həyat bilgisi müəllimi Pərvanə Piriyeva, tarix müəllimi Şəlalə Nəcəfova çıxış edərək insan hüquqları, o cümlədən uşaq hüquqları haqqında ətraflı məlumat veriblər, şagirdlərin mövzu ilə bağlı təqdimatları dinlənilib, sualları cavablandırılıb.

Ətraflı

Mənim gündəliyin adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə yekun vurulub"Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə yekun vurulub. Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı vərdişlərinin inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması məqsədilə Bakı Şəhəri Təhsil İdarəsinin təşkil etdiyi "Mənim gündəliyim" adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsinə yekun vurulub. Məktəbimizin müxtəlif yaş mərhələlərinə mənsub olan 100-ə yaxın şagirdinin qoşulduğu bu müsabiqəyə təqdim olunan bir-birindən maraqlı işlər məqsədimizə nail olduğumuzu göstərir. Müsabiqədə Kiçik Akademiyanın humanitar bölməsinin üzvləri fəal iştirak ediblər. #mənimgündəliyim

Ətraflı

"İntellekt" divar qəzetinin 2021-2022-ci tədris ili üçün son nömrəsi hazırlanıb.Məktəb Kiçik Akademiyasının prezidenti Kəmalə Əliyevanın rəhbərliyi ilə Şagird Elmi Cəmiyyətinin üzvləri "İntellekt" divar qəzetinin 2021-2022-ci tədris ili üçün son nömrəsini hazlrlayıblar.

Ətraflı

Kiçik Akademiyamızın vitse-prezidenti "Ən yaxşı təqdimat" müsabiqəsində qalib oldu.Məktəbimizin 10p sinif şagirdi Şamiyeva Ləman Emin qızı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə 2021-2022-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənərək I dərəcəli diploma layiq görülmüşdür. Qeyd edək ki, məktəbimizin Kiçik Akademiyasının vitse-prezidenti olan Ləman Şamiyeva Təhsil işçilərinin sentyabr konftansında çıxış edərək məktəbimizi layiqincə təmsil etmişdir. Ləmanı ürəkdən təbrik edir, daha böyük uğurlara imza atmasını arzulayırıq.

Ətraflı

"Oxu günü" ilə əlaqədar tədbir keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Oxu günü" tədbirinin keçirilməsi barədə” 18.04.2022-ci il F-147 nömrəli əmrindən irəli gələn tələbləri həyata keçirmək məqsədilə 21.04.2022-ci il tarixində məktəbin Kiçik Akademiyası tərəfindən Xəzər Yazıçılar Birliyinin sədri Arif Buzovnalının şagirdlərlə görüşü təşkil edildi. Görüş zamanı “Qarabağ ədəbi mühiti” mövzusunda çıxışlar edildi, Qarabağ şairlərinin əsərlərinin bədii qiraəti və müzakirəsi keçirildi. Çıxış edənlər insanın bir şəxsiyyət kimi formalaşmasında, onun bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün inkişafında mütaliənin rolunu xüsusi vurğulayıblar.

Ətraflı

Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz və Şuşa" mövzusunda elmi konfrans keçirilib .Bu gün məktəbimizin Kiçik Akademiyası Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz və Şuşa" mövzusunda elmi konfrans keçirdi. Akt zalının səhnəsində KA-nın incəsənət bölməsinin üzvlərinin əl işlərindən ibarət kiçik sərgi ilə tanışlıqdan sonra konfransı giriş sözü ilə məktəbin direktoru Könül Məmmədli açaraq bizi bu qədim şəhərə yenidən qovuşdurduqları üçün Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun hər bir şəxsinə minnətdarlıq hissini ifadə etdi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. KA prezidenti - əməkdar müəllim Kəmalə Əliyeva KA-nın humanitar bölməsi ilə yanaşı, texniki, təbiət və incəsənət bölmələrinin də bu konfransa səylə hazırlaşdıqlarını, bir-birindən maraqlı işlər təqdim etdiklərini qeyd etdi. Sonra KA üzvləri Azərbaycan, ingilis, rus və alman dillərində ( 11p sinif şagirdi Məlikov Həsən "Шуша - сердце Карабаха!" (rus dilində - müəllim:Əkbərova Gülbəniz), 10a sinif şagirdi Məmmədhənifəzadə Zeynəb "Shusha - the Cradle of Azerbaijani culture" (ingilis dilində -müəllim: Abdullayeva Dürdanə), 10p sinif şagirdi Şamiyeva Ləman "Şuşa sözünün etimologiyası" (müəllim: Əliyeva Kəmalə), 10a sinif şagirdi Həsənzadə Leyla "Şuşanın ədəbi məcıisləri" (müəllim: Məlikova Afət), 9b sinif şagirdi Abdullazadə Nicat "Şuşa- Qarabağın mərkəzi” (müəllim: Babayeva Zenfira), 9b sinif şagirdi Səfərova Nuray "Şuşanın ziyalı insanları" (müəllim:Quliyeva Şəmsiyyə), 9c sinif şagirdi Behbudova Zəhra " Şuşanın musiqi xadimləri" (müəllim: Əsədova Elnarə), 8a sinif şagirdi Atakişizadə Məryəm "Şuşanın etnik tərkibi və demoqrafik proseslər" (müəllim: Əliyeva Nüşabə), 8a sinif şagirdi Həsənzadə Dəniz "Schuscha" (alman dilində - müəllim: Nusalov Ələşrəf), 8ç sinif şagirdi Seyid Fatimə "The Heart of Garabagh - Shusha" (ingilis dilində - müəllim: Tağıyeva Gülüstan), 8ç sinif şagirdi Ağayeva Səma "Şuşaya böyük qayıdışa hazırlaşırıq" (müəllim: Nəcəfova Şəlalə), 6a sinif şagirdi Qasımova Əfruz "Şuşanın təbiəti" (müəllim : Piriyeva Pərvanə) mövzusunda) təqdimat etdilər. Sonra şagirdlərin rəsmlərindən və əl işlərindən ibarət videoçarx nümayiş etdirildi.

Ətraflı

“Azərbaycanlıların soyqırımı insanlığa qarşı ən ağır cinayətdir” mövzusunda konfrans keçirilib.31.03.2022 tarixində məktəbin Kiçik Akademiyası tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlıların soyqırımı insanlığa qarşı ən ağır cinayətdir” mövzusunda konfrans keçirilib. Konfrans soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Azərbaycan dili və ədəbiyyat müəllimləri : Kəmalə Əliyeva (əməkdar müəllim ) "Azərbaycanlıların soyqırımı - erməni vəhşilikləri", Məhbubə Kazımova "Azərbaycanlıların qan yaddaşı - 31 Mart soyqırımı", tarix müəllimləri: Şəlalə Nəcəfova "Xalqımızı soyqırımına aparan yol", Firəngiz Xəlilova "H.Əliyev və Azərbaycan faciələrinə siyasi qiymət verilməsi", Zenfira Babayeva "Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımılar", 11a sinif şagirdləri Fərid Ağayev "Bir əsrə sığmayan zülm" (müəllim: Əzizə Məmmədova), Dünya Cəfərli "Soyqırımının insan həyatına təsiri" (müəllim: Pərvanə Piriyeva ), 10p sinif şagirdi Əsli Mehdizadə "Soyqırımı rəsmlərdə" (müəllim: Gülnar Binaktari) mövzusunda məruzə edərək xalqımızın başına gəlmiş faciələr, soyqırımılar, onların səbəb və nəticələri, bu hadisələri əks etdirən rəsmi sənədlər, tarixi mənbələr, elmi və bədii ədəbiyyat, soyqırımının ədəbiyyat və incəsənətdə əks etdirilməsi haqqında ətraflı məlumat veriblər. Sonda məktəbin direktoru Könül Məmmədli çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanlıların Soyqırımı Günü haqqında fərmanının gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəd olduğunu qeyd edib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də xalqımıza qarşı törədilmiş soyqırımların araşdırılmasını xüsusi diqqət mərkəzində saxladığını, Azərbaycana qarşı törədilən bu soyqırımına, bu cinayətə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.

Ətraflı

"Xalqımızın mərasim sistemində Novruzun yeri" mövzusunda konfrans keçirilib.Məktəbimizin KA -nın humanitar bölməsi tərəfindən "Xalqımızın mərasim sistemində Novruzun yeri" mövzusunda konfrans keçirilib. Məktəb KA-nın prezidenti - Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim ) "Novruz el bayramıdır", ingilis dili müəllimi Natəvan Musayeva "Nowruz Rituals" , şagirdlər: Atakişizadə Gülnar (11a) "Our National Holiday Nowruz"(ingilis dilində), Eminova Zəhra (9b) "Novruz- gözəllik, paklıq bayramı", Nəcəfova Fatimə (9c) "Novruz bayramının tarixi və qədim ənənələri ", Atakişizadə Məryəm (8a) "Türk xalqlarının ortaq Yeni Gün bayramı", Həsənzadə Dəniz (8a), "Novruz bayramı qədim Şərqdə", Qaraşlı Fatimə (8a) "Nowrus" (alman dilində), Abdullayeva Təhminə (7b) "Novruz çərşənbələri", Əliyeva Ləman (5b) "Традиции Новруза" (rus dilində) mövzusunda çıxış ediblər. Bayram əhval-ruhiyyəli bu tədbirdə bir daha vurğulanıb ki, daim dinc, sülhsevər, eyni zamanda mübariz və əzmkar olan xalqımıza böyük qələbələr, böyük bayramlar yaraşır

Ətraflı

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb mərhələsi keçirilib.Məktəbimizin KA -nın humanitar bölməsi tərəfindən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəb mərhələsi keçirilib . Şagirdlərin təqdimatları dinlənilib. 10p sinif şagirdi Ləman Şamiyeva müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb.

Ətraflı

"Ölülər" tamaşasının müzakirəsi keçirilib.Bu gün məktəbimizin kitabxanasında "Ölülər" tamaşasının müzakirəsi keçirilib. Məktəb Kiçik Akademiyasının üzvləri tamaşanın mövzusu, ideyası, konflikti, baş qəhrəmanlar və onları səhnədə canlandıran aktyorlar, digər obrazlar, ümumilikdə tamaşanın səhnə həyatı haqqında maraqlı fikir mübadiləsi aparıblar. Məktəb Kiçik Akademiyasının prezidenti Kəmalə Əliyeva bütün yaradıcılığı boyu Vətən, ana dili məsələlərini ön plana çəkən böyük Cəlil Məmmədquluzadənin əsərinin müzakirəsinin məhz Beynəlxalq Ana Dili Günündə aparılmasını zərurətdən doğan təsadüf kimi dəyərləndirərək ədibin dil məsələsinə həsr olunmuş bədii və publisistik əsərləri haqqında məlumat verib. Tədbir 10p sinif şagirdi Şəfiqə Əsədovanın böyük şairimiz Xəlil Rza Ulutürkün "Mənim dilim" şeirini ifa etməsi ilə yekunlaşıb.

Ətraflı

"Ana dilimizə məhəbbətlə" adlı intellektual yarışma keçirilib.21 Fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məktəbin Kiçik Akademiyası tərəfindən “Ana dilimizə məhəbbətlə” adlı breyn-rinq keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin möhtəşəm sədaları altında açılıb. Məktəb Kiçik Akademiyasının prezidenti əməkdar müəllim Kəmalə Əliyeva münsiflər heyətini və breyn-rinq iştirakçılarını salamlayıb. “Zirvə”, “Ziya” , “Bilik”, “Birlik” “Dostluq”, “Zəka”, “Kamal”, “Zəfər” adlı 8 komandanın intellekt qüvvələrini sınadıqları bu yarışda dilimiz, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz ilə bağlı suallar səsləndirilib. Tədbirin gedişi zamanı Azərbaycanımızın azadlığı, dövlətimizin müstəqilliyi, torpaqlarımızın bölünməzliyi uğrunda qurban getmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Gərgin mübarizədən sonra “Birlik” komandası I yerə, “Zəka” komandası II yerə, “Ziya” komandası III yerə layiq görülüblər. Qalib komandalar fəxri fərmanla, yarışmanın qalibi olan “Birlik” komandası isə həm də kubokla mükafatlandırılıb. Məktəbin direktoru Könül Məmmədli qalibləri təbrik edərək onlara daha böyük uğurlar arzulayıb, ana Vətənimizə layiqli vətəndaşlar olmağı tövsiyə edib.

Ətraflı

KA fəalları ilə görüş keçirilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsi Kiçik Akademiya mərkəz məktəblərinin nümayəndələri ilə görüş keçirib. Məktəb KA-nın humanitar bölməsinin rəhbəri Zenfira Babayeva və KA-nın fəal üzvü Həsən Əliyev də bu görüşdə iştirak ediblər. Həsən çıxış edərək görülən işlər haqqında qısa məlumat verib.

Ətraflı

KA-nın 2021-2022-ci tədris ilinin I yarımildəki fəaliyyətinin yekunlarına həsr olunmuş konfransı keçirilib .24.01.2022 tarixində məktəbimizin akt zalında məktəb Kiçik Akademiyasının 2021-2022-ci tədris ilinin I yarımilindəki fəaliyyətinin yekunlarına həsr olunmuş konfransı keçirilib. Konfransı giriş sözü ilə məktəbin direktoru Könül Məmmədli açıb. Sonra KA rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva, humanitar bölmənin rəhbəri Zenfira Babayeva, texniki bölmənin rəhbəri Nüşabə Əliyeva çıxış edərək yarımil ərzində görülən işlər haqqında məlumat veriblər. Daha sonra KA üzvlərinin təqdimatları dinlənilib. Xp sinif şagirdi Ləman Şamiyeva "Qarabağın xanım şairləri", 8b sinif şagirdi Abbaslı Nəzrin "Şuşa bəyannaməsi" ( humanitar bölmə); 8a sinif şagirdi Hüseyn Fərzəliyev "Texnologiya əsrinin günəşi - Lütfi Zadə", 6b sinif şagirdi Borayev Tamerlan "Tinkercad ilə Akropol məbədinin hazırlanması" ( texniki bölmə); 10a sinif şagirdi Ağakişiyeva Fatimə "Qarabağın təbiəti", 8a sinif şagirdi Atakişizadə Məryəm "Azərbaycanın ekologiyası"(təbiət bölməsi); 8a sinif şagirdi Ələbbasova İlkanə "Qarabağ xalçaları", 7c sinif şagirdi Məhərrəmova Nigar "Azərbaycan muğamları" mövzusunda tədqiqat işlərini konfrans iştirakçılarına təqdim ediblər. Sonda məktəbimizin direktoru Könül müəllim KA rəhbərliyinin yarımillik fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıb və təqdimatçılara gələcəkdə daha maraqlı və dolğun işlərə imza atmağı arzulayıb.

Ətraflı

Dünya poeziyasının günəşi - Nizami Gəncəvi adlı tədbir keçirilib.22.12.2021 tarixində məktəbimizin Kiçik Akademiyasının humanitar bölməsinin təşkilatçılığı ilə "Dünya poeziyasının günəşi - Nizami Gəncəvi" adlı tədbir keçirilib. Tədbirdə KA üzvləri Azərbaycan, rus, ingilis və alman dillərində dahi şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər, şairin əsərlərindən nümunələr ifa ediblər. Tədbirin sonunda çıxış edənlər: KA prezidenti Kəmalə Əliyeva, KA-nın humanitar bölməsinin rəhbəri Zenfira Babayeva, xarici dillər metodbirləşməsinin sədri Natəvan Musayeva, alman dili müəllimi Könül Əliyeva bütün yaradıcılığı boyu ümumbəşəri ideyalar təbliğ edən dahi Azərbaycan şairi Nizami Gəncəviyə hörmət və məhəbbətdən qaynaqlanan bu tədbir üçün şagirdlərə və onların üzərində əməyi olan müəllimlərə təşəkkür etdilər.

Ətraflı

Nizami Gəncəvi ili çərçivəsində növbəti tədbir keçirilib17.12.2021 tarixində məktəbimizdə "Nizami Gəncəvi ili" çərçivəsində növbəti tədbir keçirilib. Məktəbin Kiçik Akademiyasının ən kiçik üzvü - 6b sinif şagirdi Borayev TamerlanTinkercad proqramında Nizami Gəncəvi məqbərəsinin üçölçülü qrafik modelini hazırlayaraq təqdimat şəklində nümayiş etdirib. KA-nın texniki bölməsinin rəhbəri Nüşabə Əliyeva, informatika müəllimi Nərmin Vəliyeva və şagirdlər təqdimatla bağlı fikirlərini bölüşüblər, Tamerlana uğurlar arzulayıblar.

Ətraflı

Məktəb Kiçik Akademiyasının növbəti iclası keçirilib10 dekabr 2021-ci il tarixində məktəb Kiçik Akademiyasının növbəti iclası keçirildi. İclas iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Sonra məktəbin direktoru Könül Məmmədli KA-nın qarşısında duran vəzifələrlə bağlı çıxış etdi. KA üzvlərinə üzvlük vəsiqəsi paylandı. Sonra KA prezidenti Kəmalə Əliyeva , vitse-prezidenti Cəlalə Məhərrəmova şagirdlərlə görüləcək işlər barədə müzakirə apardılar.

Ətraflı

Xəzər rayonu Kiçik Akademiya mərkəzinin yekun konfransı keçirilib30 iyun 2021-ci il tarixdə Xəzər rayonu "Kiçik Akademiya" mərkəzinin 2020-2021-ci tədris ilindəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib . Mərkəz məktəb kimi E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli konfransı açıq elan edərək iştirakçıları salamlayıb. Xəzər rayonu "Kiçik Akademiya" mərkəzinin prezidenti Kəmalə Əliyeva 2020-2021-ci tədris ilində KA mərkəzinin gördüyü işlər haqqında hesabat verib, 2021-ci ilin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələr barədə çıxış edib. Sonra 234 nömrəli tam orta məktəbin IXc sinif şagirdi Şamiyeva Ləmanın "Nizami yaradıcılığında əməkçi insan surətləri" , 121 nömrəli tam orta məktəbin şagirdləri Nəcəfzadə Həsənəli (X sinif) və Məlikzadə Həqiqətin "Lütfi Zadə ziyası", 216 nömrəli tam orta məktəbin VII sinif şagirdi Isayev Davudun dünyada uşaqların taleyi, pozulmuş hüquqları haqqında "Günahsız qurbanlar", 234 nömrəli tam orta məktəbin IXa sinif şagirdi Ağakişiyeva Fatimənin Qarabağın coğrafiyası və təbiəti haqqında "Cənnətim Qarabağ" adlı araşdırmalarının təqdimatı nümayiş etdirilib. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc Əzimova, məsləhətçisi Şahanə Bağırova, Xəzər rayonu ümumtəhsil məktəblərinin direktorları, KA prezidentləri və vitse-prezidentləri iştirak ediblər. Müxtəlif məktəblərin KA prezidentləri çıxış edərək mərkəzin onların fəaliyyətini düzgün istiqamətləndirməsindən danışıb, təklif və suallarını səsləndiriblər. Sevinc Əzimova çıxış edərək müəllimləri maraqlandıran bir neçə məsələyə aydınlıq gətirib. Çıxış edən məktəb direktorları və müəllimlər gənc istedadların aşkara çıxarılması, onların bilik, bacarıq və vərdişlərinin inkişaf etdirilməsi kimi gözəl amala xidmət edən "Kiçik Akademiya"lara bu çətin və şərəfli işlərində uğurlar arzulayıblar.

Ətraflı

Nizami dünyası intellektual yarışmasının rayon mərhələsinin qalibləri müəyyənləşibMəktəbimizin "Kiçik Akademiya"sının humanitar bölməsinin üzvü - IXc sinif şagirdi Ismayılov Xəyyam Qoşqar oğlu "Nizami dünyası" intellektual yarışmasının rayon mərhələsində məktəbimizi layiqincə təmsil edərək finala vəsiqə qazanmışdır.

Ətraflı

ADPU-nun 100 illiyinə həsr olunmuş elmi konfransMəktəbimizin "Kiçik Akademiya"sının təşkilatçılığı ilə ADPU-nun 100 illiyi ilə əlaqədar elmi konfrans keçirilib. Konfransda ADPU-nun görkəmli müəllimləri: pedaqogika elmləri üzrə fəlsəfə doktorları Balıyev Adil Həsən oğlu və Abdullayeva Mahirə Movlud qızı, məktəbin rəhbərliyi, KA-nın idarə heyəti, müəllim və şagirdlər iştirak ediblər . Məktəbin direktoru Könül Məmmədli konfransı açıq elan edərək qonaqları salamlayıb. KA-nın prezidenti Kəmalə Əliyeva tədbirin məqsəd və məramını açıqladıqdan sonra məktəbin ADPU məzunları olan müəllimlərinin iştirakı ilə hazırlanmış videoçarx nümayiş etdirilib. Daha sonra KA üzvləri -X a sinif şagirdləri Aytac və Gövhər Kamallı bacılarının ADPU ilə bağlı araşdırmalarını əks etdirən videotəqdimat nümayiş olunub. Qonaqların və müəllimlərin ADPU, təhsilimiz, tələbəlik illəri, müəllimlik peşəsi haqqında söhbətləri əyani görüşmək, daha möhtəşəm tədbir keçirmək arzusu ilə tamamlandı.

Ətraflı

ŞEC -nin iclasıBu gün məktəbimizin "Kiçik Akademiya"sının Şagird Elmi Cəmiyyətinin 2020-2021-ci il tədris ili üçün son iclası keçirilib. ŞEC-nin rəhbəri - KA-nın prezidenti Əkrəm Məlikovun cari ildə KA-nın gördüyü işlər haqqında hesabatı dinlənilib. KA-nın vitse-prezidenti Ləman Şamiyeva görülən işlərdə onlara dəstək olan müəllimlərə öz təşəkkürünü bildirib . Sonra 2021-2022-ci tədris ili üçün nəzərdə tutulan tədbirlər haqqında kiçik müzakirə aparılıb.

Ətraflı

Intellekt divar qəzetiBu gün məktəbimizin "Kiçik Akademiya"sının orqanı olan "Intellekt" divar qəzetinin növbəti nömrəsi işıq üzü görüb.

Ətraflı

Nizami filminə baxış və müzakirəMəktəbimizin "Kiçik Akademiya"sı "Yay məktəbi"ndə də öz fəaliyyətini davam etdirir. Bu gün humanitar bölmənin təşkilatçılığı ilə "Nizami" filminə baxış və müzakirə keçirilib. "Baxaq, zövq alaq, müzakirə edək, öyrənək!" devizi altında keçirilən bu tədbirdə VII-X sinif şagirdləri müzakirədə fəal iştirak edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən bu filmi böyük zövqlə izlədiklərini bildiriblər, şairin dövrü, hökmdarların və sadə insanların ona münasibəti, müxtəlif poemalarında mütəfəkkir-şairin qaldırdığı problemlər, onların bədii həlli haqqında fikirlərini bölüşüblər. Müzakirələrdə məktəbin direktoru Könül Məmmədli, KA prezidenti Kəmalə Əliyeva, vitse-prezident Cəlalə Məhərrəmova, humanitar bölmənin rəhbəri Zenfira Babayeva da iştirak ediblər.

Ətraflı

Texnologiya əsrinin günəşi adlı elmi konfrans keçirilib"Kiçik Akademiya"nın texniki bölməsinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyi münasibətilə ilən "Texnologiya əsrinin günəşi" adlı elmi konfrans keçirilib. Konfransda texniki bölmənin rəhbəri Nüşabə Əliyeva, riyaziyyat-informatika müəllimləri Nailə Haclzadə, Iradə Atakişiyeva çıxış edərək "XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə sahib olacaqsa, o daha güclü olacaq. Gücü olan isə hər zaman qalibdir", - böyük alimin dünya elminə töhfələri haqqında ətraflı məlumat veriblər. Şagird Elmi Cəmiyyətinin prezidenti Əkrəm Məlikov, üzvləri Nigar Atakişizadə, Rüstəm Əliyev və Rəsul Şərifovun bu görkəmli elm xadiminin həyat və fəaliyyəti, fundamental nəzəriyyələri haqqında təqdimatları dinlənilib. "Kiçik Akademiya"nın prezidenti Kəmalə Əliyeva və vitse-prezidenti Cəlalə Məhərrəmova çıxış edərək bütün konfrans iştirakçılarına təşəkkür ediblər, dünya ədəbiyyatına Nizami Gəncəvi kimi dahi şair, Lütfi Zadə kimi dahi alim bəxş edən bir xalqın nümayəndəsi olduqları ilə fəxr etdiklərini vurğulayıblar.

Ətraflı

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb"Kiçik Akademiya"nın incəsənət bölməsinin təşkilatçılığı ilə keçirilən "Nizami şagirdlərin rənglər dünyasında" adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ətraflı

Nizami şagirdlərin rənglər dünyasında adlı yekun tədbir keçirilib"Nizami Gəncəvi ili" çərçivəsində məktəbimizin "Kiçik Akademiya"sının incəsənət bölməsinin təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinə yekun vurulub. "Nizami şagirdlərin rənglər dünyasında" adlı yekun tədbirdə KA-nın prezidenti Kəmalə Əliyeva, vitse-prezidenti Cəlalə Məhərrəmova, incəsənət bölməsinin rəhbəri Ülkər Əsgərxanlı çıxış edərək şagirdlərin Nizami Gəncəvi dühasının ziyasını əks etdirən rəsm əsərlərini ümumbəşəri humanist ideyalar carçısı olan Nizamiyə hörmət və məhəbbətin təzahürü kimi yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Ətraflı

Müsabiqə və yarışların qalibləri mükafatlandırılıbMay ayı ərzində məktəbin "Kiçik Akademiya"sının təşkilatçılığı ilə keçirilən müsabiqə və yarışların qalibləri fəxri fərmanlarla təltif olundular.

Ətraflı

KA-nın loqotiplərinin onlayn təqdimat mərasimi keçirilibBu gün Xəzər rayonu Kiçik Akademiya Mərkəzinin və mərkəzin ətrafında birləşən 30 məktəbin KA-sının loqotiplərinin onlayn təqdimat mərasimi keçirilib. Videoçarx da, bütünlüklə tədbir də böyük Xəzər KA ailəsinin birliyini, bu birliyin istedadları aşkara çıxarmaq, onları inkişaf etdirmək kimi müqəddəs amala xidmət etdiyini nümayiş etdirirdi.

Ətraflı

Cənnətim Qarabağ adlı videotəqdimat müsabiqəsi keçirilibMəktəbimizin “Kiçik Akademiya”sının təbiət bölməsinin rəhbəri Şəhla Cəbiyevanın təşkilatçılığı ilə VII-IX sinif şagirdləri arasında “Cənnətim Qarabağ” adlı videotəqdimat müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim olunmuş onlarla iş “Kiçik Akademiya”nın müəllim heyəti tərəfindən dinlənilib, qalib işlər müəyyənləşdirilib: I yer –Ağakişiyeva Fatimə – IXa II yer–Atakişizadə Məryəm – VIIa III yer – 1. Həsənova Lalə – VIIb 2. IXa sinif şagirdlərinin birgə layihəsi Qaliblər öz işlərini onlayn tədbir iştirakçılarına təqdim ediblər. Təqdimatçıların Qarabağın coğrafiyası, iqlimi, relyefi, təbiəti, fauna və florası haqqında rəngarəng videomateriallarla müşayiət olunan ətraflı məlumatları doğma torpağımıza, cənnət Qarabağa, canımız Azərbaycana böyük məhəbbətdən xəbər verirdi. Tədbirdə çıxış edənlər: KA-nın prezidenti Kəmalə Əliyeva, vitse-prezidenti Cəlalə Məhərrəmova, təbiət bölməsinin rəhbəri Şəhla Cəbiyeva, kimya müəllimi Reyhan Atakişiyeva uşaqlara dolğun məzmunlu və gözəl tərtibatlı bu işlər üçün təşəkkür etdilər.

Ətraflı

Səlis düşün adlı məntiq yarışması keçirilibBöyük alim Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar məktəbimizin "Kiçik Akademiya"sının texniki bölməsi "Səlis düşün" adlı onlayn məntiq yarışması keçirib. "Kiçik Akademiyanın prezidenti Kəmalə Əliyeva şagirdləri salamlayaraq onlara uğurlar arzulayıb. KA-nın texniki bölməsinin rəhbəri Nüşabə Əliyeva görkəmli alim, misilsiz düha sahibi Lütfi Zadənin həyatı, fəaliyyəti, dünya elminə töhfələri olan nəzəriyyələri, bu nəzəriyyələrdən faydalanan məşhur şirkətlər haqqında məlumat verib. Şagirdlər bir saat ərzində Microsoft Teams platforması üzərindən onlara göndərilmiş suallara cavab veriblər. Qaliblər topladıqları bala əsasən belə müəyyənləşidirilib: I yer 1. Fərzəliyev Hüseyn - 7a - 97 bal 2. Əhmədov Ənvər - 5a - 97 bal II yer - Abbaslı Hüseyn - 5a - 87 bal III - Atakişizadə Məryəm - 7a - 73 bal

Ətraflı

Istiqlal günəşinin işığında adlı intellektual yarışma keçirilib28 May - Respublika Günü münasibətilə məktəbimizin "Kiçik Akademiya"sının humanitar bölməsi "Istiqlal günəşinin işığında" adlı onlayn intellektual yarışma keçirib. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyəti, ədəbiyyat və incəsənətə təsiri ilə bağlı suallara cavab veriblər. Suallar ana dilimizlə yanaşı, rus, ingilis və alman dilində də olub. Gərgin mübarizədən sonra qaliblər belə müəyyənləşib: I yer - Şamiyeva Ləman - 9c II yer - 1.Xanalıyev Murad - 8a 2. Behbudova Zəhra - 8c III yer 1. Şəmilli Elvina - 8b 2. Həsənzadə Leyla - 9b 3. Cabbarov Nicat - 10a

Ətraflı

Xəzər Kiçik Akademiya Mərkəzi234 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının bayrağı... Məktəbin direktoru Könül Məmmədli Şagird Elmi Cəmiyyətində bayrağın təqdimatını edərək şagirdlərə bu bayraq altında elmin zirvələrini fəth etməyi arzulayıb. "Kiçik Akademiya"nın prezidenti - əməkdar müəllim Kəmalə Əliyeva loqotipin və bayrağın necə yaranması haqqında danışarkən xüsusi vurğulayıb : "Peşəkar, yaradıcı və işgüzar insanlar bir araya gələndə gözəl iş ərsəyə gəlir".

Ətraflı

Nizami Gəncəvi yaradıcılığının tədqiqi ilə bağlı "Ən yaxşı referat" müsabiqəsi keçirilibMəktəbimizdə "Kiçik Akademiya"nın fəaliyyət planına əsasən , may ayının iki həftəsi ərzində VIII - XI sinif şagirdləri arasında Nizami Gəncəvi yaradıcılığının tədqiqi ilə bağlı "Ən yaxşı referat" müsabiqəsi keçirilmişdir. Şagirdlərin seçdikləri mövzuda yazdıqları referat işləri Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılıb, qalib şagirdlər müəyyənləşib. Bu gün "Kiçik Akademiya"nın humanitar bölməsinin təşlilatçılığı ilə qalib işlərin təqdimatı keçirilib. Təqdirəlayiq haldır ki , onlayn şəkildə keçirilən təqdimat mərasimində KA-nın bütün bölmələrinin rəhbərləri, Şagird Elmi Cəmiyyətinin üzvləri ilə yanaşı, Nizami yaradıcılığına maraq göstərən VII-XI sinif şagirdləri iştirak ediblər. Tədbirin sonunda KA-nın prezidenti Kəmalə Əliyeva, bütün bölmə rəhbərləri və müəllimlər çıxış edərək gözəl, rəvan nitqləri, məzmunlu təqdimatları üçün qalib şagirdlərə və onların üzərində əməyi olan müəllimlərə təşəkkür edib, bu kiçik tədbiri dahi Nizamiyə böyük hörmət və məhəbbətin ifadəsi kimi dəyərləndiriblər.

Ətraflı

“Nizami dünyası” adlı intellektual müsabiqəsinin məktəb mərhələsi keçirilib“Nizami dünyası” adlı intellektual müsabiqəsinin keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.04.2021 tarixli əmrinə əsasən, məktəbimizin “Kiçik Akademiya”sının humanitar bölməsi bu gün VII-X sinif şagirdləri arasında “Nizami dünyası” müsabiqəsinin məktəb mərhələsini keçirmişdir. Qaliblər belə müəyyənləşib: I yer – İsmayılov Xəyyam Qoşqar oğlu 9c II yer – Həsənzadə Dəniz Baxış qızı 7a III yer – Vəlizadə Zəhra Eldəniz qızı 10a Məktəb mərhələsinin qaliblərini ürəkdən təbrik edir, I yerin qalibi İsmayılov Xəyyama növbəti mərhələdə uğurlar arzulayırıq!

Ətraflı

Beynəlxalq Ailə Günü ilə əlaqədar intellektual yarış keçirildi15 May- Beynəlxalq Ailə Günü münasibəti ilə məktəbin direktoru Könül Məmmədlinin təşəbbüsü, məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın təşkilatçılığı ilə 6 və 7-ci sinif şagirdlərinin ailələri arasında intellektual yarışma keçirilib. Yarışda 15 ailə iştirak edib. Yarışın keçirilməsində məqsəd ailə üzvləri arasında birlik, həmrəylik nümayiş etdirmək, hər bir uğurlu uşağın arxasında ona dayaq olan bir valideynin olduğunu göstərmək, hər bir kiçik ailənin əslində böyük 234 ailəsinin bir parçası olduğunu bir daha sübut etmək idi. 20 sualdan ibarət yarışda gərgin mübarizədən sonra ilk iki ailənin xalı (16xal) bərabər olduğu üçün əlavə sual verilərək qaliblər müəyyən olundu: I yerə Fərzəliyevlər ailəsi , II yerə Əmkişiyevlər ailəsi , III yerə Məmmədlilər ailəsi layiq görüldülər. Tədbirin sonunda çıxış edənlər: KA-nın prezidenti Kəmalə Əliyeva, vitse-prezidenti Cəlalə Məhərrəmova, bu gözəl yarışın aparıcısı Rəşad Rəhimov , eləcə də iştirakçı ailələrin nümayəndələri vurğuladılar ki, bu yarış ailənin necə böyük bir sərvət, necə möhtəşəm bir qala olduğunu, zəfərə, uğura gedən yolda ailənin dəstəyinin nə qədər önəmli olduğunu bir daha göstərdi. Məktəbin direktoru Könül Məmmədli tədbirə yekun vuraraq bildirdi ki, bu yarışda iştirak edən hər bir ailə qalibdir, çünki hər bir ailə sonadək əzmlə mübarizə apardı.

Ətraflı

Xəzər rayonu Kiçik Akademiya Mərkəzinin ilk iclası keçirildiXəzər rayonu Kiçik Akademiya mərkəzinin ilk iclası keçirildi. Şura üzvlərinə "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri haqqında məlumat verildi. E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli qeyd etdi ki, bu əmrə əsasən, məktəbimiz Xəzər rayonunda "Kiçik Akademiya" üzrə mərkəz təyin olunub, bu, Xəzər rayonu məktəblərinə öz işlərini sıx əməkdaşlıq şəraitində qurmaq və inkişaf etdirmək imkanı yaradacaq. Sonra Xəzər rayonu KA mərkəzinın prezidenti Kəmalə Əliyeva çıxış edərək mərkəzə daxil olan 30 məktəbdən səkkizində KA-nın yenicə yarandığını, qalan məktəblərin isə bu sahədə müəyyən bilik və təcrübəyə malik olduqlarını qeyd etdi, KA ilə bağlı "Əsasnamə" haqqında məlumat verərək bildirdi ki, bunun əsasında hər bir məktəbdə KA nizamnaməsi, struktur layihəsi tərtib edilməli, akademiyanın fəaliyyət planı hazırlanmalı, KA-nın orqanı kimi "Intellekt" adlı divar qəzeti buraxılmalıdır. Nümunə olaraq öz məktəblərinin sənədlərini, eləcə də loqotipini, üzvlük vəsiqəsini nümayiş etdirən Kəmalə Əliyeva bu işə hər bir məktəbin yaradıcı, kreativ yanaşmasının zəruruliyini vurğuladı. Sonra müxtəlif məktəblərdə KA-nın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı .

Ətraflı

Məktəb Kiçik Akademiyasının növbəti iclası keçirilibMəktəbin Kiçik Akademiyasının bugünkü iclasında KA prezidenti Kəmalə Əliyeva şura üzvlərini "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri ilə tanış edib. O, bu əmrə əsasən, məktəbimizin Xəzər rayonunda "Kiçik Akademiya" üzrə mərkəz təyin olunması haqqında məlumat verərək bu istiqamətdə səyləri daha da artırmaq, yeni-yeni layihələrə imza atmaq üçün daha çox çalışmaq lazım olduğunu vurğulayıb. Məktəbin direktoru Könül Məmmədli şura üzvlərinə tövsiyələrini verib, gələcək işlərdə uğurlar arzulayıb. Sonra şura üzvləri may-iyun ayları üçün təsdiq edilmiş fəaliyyət planına əsasən görüləcək işləri müzakirə ediblər.

Ətraflı
HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəb 1953 - cü ildən fəaliyyət göstərir. Sonralar məktəb binası tələblərə cavab vermədiyi üçün 1980 – ci ildə 1176 yerlik yeni t...

BİZİM FƏXRLƏRİMİZ

Arifə Əbilova Arif

Gülruzə Babayeva İkram

HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəb 1953 - cü ildən fəaliyyət göstərir. Sonralar məktəb binası tələblərə cavab vermədiyi üçün 1980 – ci ildə 1176 yerlik yeni t...

BİZİM FƏXRLƏRİMİZ

Arifə Əbilova Arif

Gülruzə Babayeva İkram

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi