"Xəmsə möcüzəsi" I respublika onlayn incəsənət müsabiqə-festivalının qalibi olan KA üzvümüz

27.04.2023 tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında türkdilli dövlətlərin məktəbliləri arasında keçirilən "Xəmsə möcüzəsi" I respublika onlayn incəsənət müsabiqə-festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Məktəbimizin 7a sinif şagirdi - məktəb KA-nın humanitar bölməsinin üzvü Əfruz Qasımova "Nizami yaradıcılığında ümumbəşəri dəyərlər" inşa nominasiyası üzrə I yerə layiq görüldüyü üçün fəxri fərman və hədiyyə ilə təltif olunub. Məktəbimizin direktoru Zülfiyyə Məmmədhüseynova qalibimizlə görüşüb, Əfruzu və onun üzərində əməyi olan Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyevanı təbrik edib. Uğurlarımız bol olsun !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi